Səfirlik müdaxilə etdi

Son günlər kütləvi informasiya vasitələrində Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover ‎teatrı tərəfindən Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi barədə müxtəlif yazılar gedir. Müəllif Huquqları Agentliyindən “Olaylar” – a bildirlib ki, Agentliyin əvvəl verdiyi açıqlamaya əlavə olaraq məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı Səfirliyi məlumatlandırılmış, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinə göndərilib.

Müəllif Huquqları Agentliyi Junge Oper Hannover ‎teatrına geniş arayış göndərdi

Son günlər kütləvi informasiya vasitələrində Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover ‎teatrı tərəfindən Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi barədə müxtəlif yazılar gedir. Müəllif Huquqları Agentliyindən "Olaylar" - a bildirlib ki, Agentliyin əvvəl verdiyi açıqlamaya əlavə olaraq məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı Səfirliyi məlumatlandırılmış, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinə göndərilib. Səfirlikdən Agentliyə daxil olmuş məktubda qeyd olunur ki, səfirlik Nizami Gəncəvi və onun "Leyli və Məcnun" əsəri ilə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılması ilə bağlı teatrın rəhbərliyinə məktub göndərmiş, eyni zamanda Agentliyin hazırladığı arayış onların diqqətinə təqdim edilmiş və sözügedən səhvlərin aradan qaldırılması xahiş edilib. Teatrın Səfirliyə cavab məktubunda onlara təqdim edilmiş məlumatlara görə təşəkkür etmiş və müvafiq düzəlişlərin edildiyi bildirilib.

Bununla belə, əlavə araşdırma göstərib ki, həqiqətən Teatrın İnternet və Facebook səhifələrində "Leyli və Məcnun" hekayəsinin fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılmışdır. Lakn düzəlişlərdən sonra Nizami Gəncəvi "orta əsrlər şairi" kimi göstərilmiş, onun Azərbaycan şairi olması qeyd olunmayıb. Bununla bağlı Səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılıb. Məsələ Agentliyin diqqət mərkəzində saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31