İSİM-in əməkdaşları Beynəlxalq Konqresdə
Türkiyə Respublikasının Səhiyyə və Sosial Xidmətlər Dərnəkləri Federasiyası tərəfindən 2017-ci ilin 12-13 may tarixlərində Ankara şəhərində Beynəlxalq Palliativ Qulluq Konqresi keçiriləcək.
12 May 2017 12:01 SosialTürkiyə Respublikasının Səhiyyə və Sosial Xidmətlər Dərnəkləri Federasiyası tərəfindən 2017-ci ilin 12-13 may tarixlərində Ankara şəhərində Beynəlxalq Palliativ Qulluq Konqresi keçiriləcək.
Nazirlikdən "Olaylar" - a bildirlib ki, konqresin məqsədi son 3 ildə Türkiyədə tətbiq olunan palliativ qulluq modelləri haqqında ictimaiyyət, özəl sektor və universitetlərin nümayəndələri ilə fikir mübadiləsi aparmaq, eyni zamanda palliativ qulluğun tətbiqinə həsr olunmuş təqdimatları iştirakçıların nəzərinə çatdırmaqdı. Tədbirdə səhiyyə xidmətlərində inteqrasiya modeli, Türkiyədə palliativ qayğının hazırkı vəziyyəti, Türkiyənin dövlət və özəl xəstəxanalarında, eləcə də müxtəlif ölkələrdə palliativ yardım və bu istiqamətdə yaranan problemlərdən ətraflı bəhs olunacaq. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də daxil olmaqla, müxtəlif ölkələrdən 81 mütəxəssisin qatılacağı konqresdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Nabil Seyidov və Tofiq Musayev də iştirak edəcəklər.