“Azərbaycan Dəmir Yolları”ndan Həmrəyliyk Oyunları ilə bağlı daha bir yenilik
12 və 22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, “Koroğlu” - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması da təmin ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
12 May 2017 13:28 Sosial12 və 22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, "Koroğlu" - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən "KİSS" markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması da təmin ediləcək. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
Qeyd edək ki, göstərilən tarixlərdə IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin iştirakçıları və qonaqlar Dəmir Yolu Vağzalından "Koroğlu" stansiyasına pulsuz aparılacaq.