“Günəşli” yatağındakı 7 saylı özüldə vəziyyət nəzarət altındadır

Xəbər verildiyi kimi, dünən axşam “28 May” NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanmış, quyuağzı parametrlər nəzarət altına alınıb.

Xəbər verildiyi kimi, dünən axşam "28 May" NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanmış, quyuağzı parametrlər nəzarət altına alınıb. Lakin sonradan, bu bu gün, təqribən saat 16 radələrində özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlib və get-gedə artmağa başlayıb. Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılıb, özüldə qazma işləri dayandırılıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə gedib və bütün işçi heyətin tam tərkibdə təxliyyə olunması haqqında tapşırıq verib. Bu tapşırığa əsasən 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyyə edilib. Hazırda mütəxəssislərdən ibarət operatriv qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31