Psixi pozğunluqdan əziyyət çəkən insanlarla iş necə qurulmalıdır?

Son illər insanlar arasında müşahidə edilən mənfi tendensiyalardan biri də psixi pozğunluqların meydana gəlməsidir. Qeyri-rəsmi məlumatlara əsasən hər 100 nəfərdən birində psixi pozğunluq, çatışmamazlıq özünü gəstərir. Kimləri insanlarda yaranmış psixi pozğunluğu genlə əlaqələndirir, kimisi isə sosial problemlər, ailədaxili məsələləri əsas götürərək insanlarda psixi pozğunluğun meydana gəlməsi ehtimalı ilə çıxış edirlər.

Onlar hansı hallarda xəstəxanaya yerləşdirilə bilər?

Son illər insanlar arasında müşahidə edilən mənfi tendensiyalardan biri də psixi pozğunluqların meydana gəlməsidir. Qeyri-rəsmi məlumatlara əsasən hər 100 nəfərdən birində psixi pozğunluq, çatışmamazlıq özünü gəstərir. Kimləri insanlarda yaranmış psixi pozğunluğu genlə əlaqələndirir, kimisi isə sosial problemlər, ailədaxili məsələləri əsas götürərək insanlarda psixi pozğunluğun meydana gəlməsi ehtimalı ilə çıxış edirlər.

Adətən psixi pozğunluqdan əziyyət çəkən şəxslər bu problemi aradan qaldırmaq üşün həkimə gec müraciət edirlər ki, bu da nəticə etibarilə simptomların daha inkişaf etməsi və daha dərinliklərə sirayət etməsinə gətirib çıxarır. Belə halların müşahidə edildiyi insanlar isə bir qayda olaraq psixiatriya xəstəxanasına yerləşdirilirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, istənilən psixi problemi olan şəxsi müalicə üçün xəstəxanaya yerləşdirmirlər. Bəzən isə məlumatsızlıq səbəbindən həmin şəxslərin yaxınları, ailə üzvləri bu hüquqdan uzaq qalırlar. Bəs görəsən bu kimi hallar hüquqi baxımdan ncə həllini tapır və kimlər psixiatriya xəstəxanasına məcburi yerləşdirilə bilər? Yaxud xəstəxanaya məcburi yerləşdirilən şəxsin hansı hüquqları var?.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, psixiatriya stasionarında qeyri-könüllü müalicə aşağıdakı əsaslar olduqda təyin edilir: "Birincisi, psixi pozuntusu olan şəxsin bilavasitə özü və ya ətrafdakılar üçün təhlükəli olması, şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyatı tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması, üçüncüsü, ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi". Hüquqşünas deyir ki, xəstəxanada müalicənin iki əsası var: "Könüllü və məcburi. Psixiatriya yardımı haqqında qanunun 22.1.-ci maddəsinə əsasən, psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi, qeyri-könüllü (məcburi) hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsidir. Psixi pozuntusu olan şəxsin psixiatriya stasionarına yerləşdirilməsinə yalnız ambulator (ev şəraitində) müalicənin məqsədəuyğun olmadığı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün stasionardankənar yardımın səmərəsiz olduğu hallarda icazə verilir. Qanunvericiliyə əsasən, şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur". Asif Abdullayev bildirib ki, psixiatriya stasionarında müayinə və müalicə olunan pasiyentin bir sıra hüquqları var. Belə ki, müayinə, müalicə və stasionardan çıxarılma məsələləri barədə bilavasitə psixiatriya müəssisəsinin baş həkiminə müraciət etmək və onun bu Qanunla müəyyən edilmiş hüquqlarına əməl olunmasını tələb etmək, ərazinin baş psixiatrına, müvafiq icra hakimiyyəti orqanlarına, prokurorluğa, məhkəməyə və vəkilə maneəsiz müraciət etmək, qanuni nümayəndəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), vəkil və din xadimi ilə təklikdə görüşmək kimi hüquqlar həmin şəxslərə verilir: "Həmçinin ümumtəhsil məktəbinin proqramı, yaxud sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqram üzrə təhsil almaq da bu hüquqlar sırasında yer alır. Pasiyentin, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə həkim-psixiatrın tövsiyəsi əsasında psixiatriya müəssisəsinin müdiriyyəti tərəfindən pasiyentin aşağıdakı hüquqları məhdudlaşdırıla bilər. Bu məhdudlaşdırma müxtəlif cür ola bilər. Birincisi, nəzarətsiz məktublaşmaq, ikincisi, bağlama, banderol və pul baratları almaq və göndərmək, pul və digər maddi vəsaitlərdən sərbəst istifadə etmək. Bundan başqa telefondan və digər rabitə vasitələrindən istifadə etmək, yaxınları ilə görüşmək kimi hallar da buna aid edilir. Psixiatriya stasionarına yerləşdirmənin səbəbləri və məqsədi, stasionardakı qaydalar və pasiyentin hüquqları pasiyentə hospitallaşdırılmadan dərhal sonra və ya pasiyentin vəziyyəti buna imkan verən kimi izah edilməli, bu barədə tibbi sənədlərdə qeyd olunmalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31