Donald Tramp Çin lideri barədə: “Yaxşı oğlandır”
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib. Bu barədə o, "The Economist" jurnalına müsahibəsində deyib. Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda, görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi".
12 May 2017 14:00 DünyaABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri ilə yaxşı münasibətlər qura bilib. Bu barədə o, "The Economist" jurnalına müsahibəsində deyib. Tramp bildirib: "Çin liderinin aprelin əvvəllərində ABŞ-a olan iki günlük səfəri çərçivəsində onu bəyəndim. 10 dəqiqə görüşəcəyimizi planlaşdırmışdıq, amma görüşümüz 3 saat çəkdi. Növbəti gün də 10 dəqiqə görüşməyi nəzərdə tutduğum halda, görüş saatlarla çəkdi. Şam yeməyi də 3 saat davam etdi".
Çin lideri ilə görüşlərinin bu təfərrüatlarını verən ABŞ lideri sonunda Si Tszinpin barəsində deyib: "Həqiqətən, yaxşı oğlandır".