Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlanacaq

Növbəti tədris ilindən etibarən Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq. Universitetdən “Olaylar” – a bildirlib ki, yeni yaradılmış Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik fakültəsində aparılacaq kadr hazırlığında tələbələr biosferin müasir vəziyyətini və qlobal ekoloji problemləri, ətraf mühitə insanın təsərrüfat fəaliyyətinin təsirinin xüsusiyyətlərini öyrənəcək, həmçinin müxtəlif koordinat sistemləri və geodeziya istinad şəbəkələri, topoqrafik xəritələrin bölünməsi haqqında dərin biliklərə malik olacaqlar. Tədris proqramı və təchizat fərqli metodların tətbiqi ilə plan və topoqrafik xəritələr üzərində sahələrin ölçülməsi ilə bağlı bilik və bacarıqları mənimsəyə imkan verəcək.

Növbəti tədris ilindən etibarən Qərb Universiteti Yerquruluşu, torpaq və şəhər kadastrı sahəsi üçün mütəxəssis hazırlayacaq. Universitetdən "Olaylar" - a bildirlib ki, yeni yaradılmış Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik fakültəsində aparılacaq kadr hazırlığında tələbələr biosferin müasir vəziyyətini və qlobal ekoloji problemləri, ətraf mühitə insanın təsərrüfat fəaliyyətinin təsirinin xüsusiyyətlərini öyrənəcək, həmçinin müxtəlif koordinat sistemləri və geodeziya istinad şəbəkələri, topoqrafik xəritələrin bölünməsi haqqında dərin biliklərə malik olacaqlar. Tədris proqramı və təchizat fərqli metodların tətbiqi ilə plan və topoqrafik xəritələr üzərində sahələrin ölçülməsi ilə bağlı bilik və bacarıqları mənimsəyə imkan verəcək.

Tələbələr ABŞ və Avropanın bu sahədə təcrübəsi olan şirkətləri ilə birgə işlənmiş ən müasir laboratoriyalardan, cihaz və qurğulardan, Geomatika Mərkəzinin imkanlarından yararlana biləcək, beləliklə də praktik bilik və bacarıqlara yiyələnəcklər.Təcrübi biliklərin möhkəmləndirilməsi üçün tələbələrin bu sahədə ixtisaslaşmış yerli və xarici təşkilatlarda, şirkətlərdə təcrübə keçməsi təmin ediləcək. Bütün bunlar isə bu ixtisas üzrə təhsilini başa vurmuş gəncin peşəkar kadr kimi əmək bazarında öz yerini tuta biləcəyinə əminlik yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31