Gündəm

Öz evində qızını başqa kişi ilə görüşdürən ananın qan donduran cinayəti

12 May 2017 15:18

Məmmədov Sədi Bəhram oğlu ilə Mahmudova Lalə Yaşar qızı əlbir olaraq 26 sentyabr 2015-ci ildə, saat 3-4 radələrində Yasamal rayonu, İzmir küçəsi 5, mənzil 55-də sonuncunun əri Mahmudov Kamran Zaid oğlunu yatmış vəziyyətdə gülləyərək öldürüb. Daha sonra S.Məmmədov onun meyitini hamam otağında doğrayıb hissələrə bölərək, torbalara yığaraq özünün "BMW" markalı, Az 10 KA 009 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq İsmayıllı rayonu, Talıstan kəndinə aparıb qardaşı Əli Məmmədovun bağ sahəsində basdırıb.

Naxçıvan haqqında yeni monoqrafiya

12 May 2017 15:16

“Naxçıvan Muxtar Respublikasının endo­gen ya­taqlarının metaso­ma­tizmi və filizləşməsi” adlı monoqrafiya işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İntitutunun Metasomatizm və filizəmələgəlmə sektorunun rəhbəri və baş elmi işçisi, ge­o­lo­gi­ya-mi­ne­ralogiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Faydalı qazıntıların geologiyası kafe­drasının professoru Cəbrayıl Azadəliyevin və mərhum Fu­ad Kə­rimovun həmmüəllifliyi ilə rus dilində yazılmış irihəcmli kitabda elmi cəhətdən böyük maraq kəsb edən regional və kontakt-ter­­mal metamorfizm məsələləri uzun illər ərzində geniş dədqiq edilərək sistemləşdirilib.

Cəlilabadda zəlzələ

12 May 2017 15:12

Günorta saatlarında Cəlilabadda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə əsasən yeraltı təkanın  maqnitudası 3.4, dərinliyi 21 km olub. Zəlzələ hiss edilməyib.

Ukrayna Rusiyadakı dünya çempionatını yayımlamaqdan imtina edə bilər

12 May 2017 15:11

Ukrayna Milli Televiziya Şirkətinin baş direktoru Zurab Alasaniya bildirib ki, istənilən halda 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını yayımlamaqdan imtina edəcək.

Tramp NATO-nun sammitinə gəlir

12 May 2017 15:07

Prezident Donald Trampın NATO-nun Brüsseldə keçiriləcək sammitinə ilk səfəri iki gün davam edəcək. ABŞ sammitdə 1000 nəfərədək nümayəndə heyəti ilə təmsil olunacaq.

Belarus səfiri erməni jurnalistləri yenə pərt elədi

12 May 2017 15:05

Belarusun Ermənistandakı səfiri İqor Nazaruk erməni jurnalistlərin bloger Aleksandr Lapşinlə bağlı sualını cavablandırmaqdan imtina edib. Bu barədə “Novosti Armeniya” xəbər yayıb. Qeyd olunur ki, saytın əməkdaşı Yerevan üçün həssas olan məsələlərlə, məsələn Aleksandr Lapşinin işi ilə bağlı, Ermənistana o qədər də dost münasibəti bəsləməyən Belarusun səfirindən fikir öyrənməyə çalışıb.

Bakı kəndlərinə işləyən bəzi sürücülər gediş haqqını qaldırdı

12 May 2017 15:03

Bir neçə gündür ki, Bakıətrafı kəndlər istiqamətində fəaliyyət göstərən bəzi marşrut xətlərində gediş haqqı qaldırılıb. Bu səbəbdən  şikayət edən sərnişinlər bildiriblər ki, 131, 107 və 172 nömrəli marşrut avtobuslarının salonunda gediş haqqı 30 qəpik yox, 35 qəpik göstərilir. Təbii ki, sürücülər çox vaxt 5 qəpiyin olmadığını bəhanə gətirərək sərnişinlərdən 40 qəpik çıxırlar.

Qlobal “Bombardier” şirkətinin direktoru Ziya Məmmədova görə istefa verdi

12 May 2017 15:01

Kanadanın qlobal miqyasda fəaliyyət göstərən “Bombardier” şirkətinin icraçı direktoru Pyer Boduen şirkətin son vaxtlar üzləşdiyi korrupsiya qalmaqallarına görə vəzifəsindən istefa verib. Bu haqda “The New York Times” qəzetinin məqaləsində deyilir. Bildirilir ki, seriya uğursuzluqlardan sonra Kanada hökumətinin maliyyə dəstəyinə ehtiyacı yaranan, təyyarələr, qatarlar və vaqonlar, habelə dəmiryol avadanlıqları istehsal edən şirkətin problemləri yaranıb.

Dmitri Nazarovun yeni klubu

12 May 2017 14:54

Millimizin üzvü Dmitri Nazarovun yeni klubu müəyyənləşmək üzrədir. Bu barədə özəl məlumat daxil olub. Hazırda Almaniyanın II Bundesliqasında çıxış edən "Aue"nin üzvü, karyerasını Rusiyada davam etdirməyə çox yaxındır. Belə ki, 27 yaşlı yarımmüdafiəçinin xidmətində Moskvanın "Lokomotiv" klubu maraqlıdır.

“Mən tardan inciməmişəm”

12 May 2017 14:52

Müsahibimiz gənc, istedadlı tarzən Ruslan Zərbəliyevdi. Ruslan Mədəniyyət və İncəsənət Universitetində Muğam kafedrasında, İbrahim Əbilov adına mədəniyyət evində müəllim kimi çalışmaqla bərabər, bir sıra beynəlxalq festivallarda Azərbaycan musiqisini, mədəniyyətini layiqincə təmsil edir. 

Beynəlxalq Bankı sağlamlaşdırmaq mümkün olacaqmı?

12 May 2017 14:43

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş zəruri tədbirlərin icrası çərçivəsində ABB-nın xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yoluyla ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılması ilə bağlı kompleks tədbirlərin növbəti mərhələsinə başlanılmışdır. Bu mərhələdə ölkənin ən böyük və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində vacib rolu olan ABB-nın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi nəzərdə tutulur.

İş axtaranlar nəyi bilməlidir?

12 May 2017 14:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən bildirilib ki, dövlət vətəndaşların üzərinə işləmək tələbi qoymur, eyni zamanda hər bir əmək qabiliyyətli şəxsə real iş təqdim etmək vəzifəsini üzərinə götürmür. Bununla yanaşı dövlət işaxtaran şəxslərin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq, işsizlərin dövlətdən sosial müavinət almaq hüququ verir. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir və bu Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunur. Müasir dövrümüzdə dövlətimizin sosial-iqtisadi siyasətinin məqsədi işə başlamağa hazır olan və işaxtaran bütün şəxslər üçün səmərəli iş yerinin, məşğulluğunun seçim azadlığının təmin edilməsidir.

Azərbaycan özünü dünyaya barış məkanı kimi təqdim edir

12 May 2017 14:38

Mayın 12-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi ilə rəsmi yarışlara start verilib. 

Elektron hərrac hansı qaydada həyata keçiriləcək?

12 May 2017 14:36

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni dövr başlanır. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb  dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər. Bu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidməti sayəsində mümkün olub. Maraqlıdır, bəs elektron hərrac hansı qaydada həyata keçiriləcək?

Erməni tənqidçi Diananı təriflədi

12 May 2017 14:31

Erməni tənqidçi, musiqişunas Artur Qasparyan Azərbaycanın "Eurovision" təmsilçisi Diana Hacıyevanın çıxışı barədə yazıb.  Rusiyada yaşayan Qasparyan çalışdığı "MK" (Московском Kомсомольце)  qəzetində məqalə hazırlayıb.