İş axtaranlar nəyi bilməlidir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən bildirilib ki, dövlət vətəndaşların üzərinə işləmək tələbi qoymur, eyni zamanda hər bir əmək qabiliyyətli şəxsə real iş təqdim etmək vəzifəsini üzərinə götürmür. Bununla yanaşı dövlət işaxtaran şəxslərin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq, işsizlərin dövlətdən sosial müavinət almaq hüququ verir. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir və bu Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunur. Müasir dövrümüzdə dövlətimizin sosial-iqtisadi siyasətinin məqsədi işə başlamağa hazır olan və işaxtaran bütün şəxslər üçün səmərəli iş yerinin, məşğulluğunun seçim azadlığının təmin edilməsidir.
12 May 2017 14:40 Sosialİşsizlik statusu kimlərə verilir?

Necə iş axtarmalı?
Hazırda əmək bazarında işçi qüvvəsinə olan tələb barədə mühüm informasiya mənbəyi Dövlət Məşğulluq Xidməti orqanlarıdır. Bu orqanlara müraciət edən vətəndaşlar vaxtlarına qənaət edərək vakansiyalar haqqında ətraflı informasiyalar ala bilərlər. Məşğulluq orqanlarının xidmətlərindən istifadə etməklə nəinki yaşadığınız ərazi üzrə, həmçinin digər regionlarda olan vakansiyalar barədə məlumatlar əldə etmək mümkündür. Məşğulluq Xidməti orqanlarına müraciət edən işaxtaran vətəndaş ixtisası, peşəsi, əmək vərdişi, bacarığı, işsizliyin səbəbi, hansı sahədə işləmək istəyi, yeni peşələrə marağı barədə məlumat verməklə şəxsiyyətini, ixtisas və ya peşəsini, təhsilini təsdiq edən sənədini təqdim edir. Məşğulluq Xidməti orqanlarına müraciət etmiş işaxtaran vətəndaşlar Məşğulluq Xidməti orqanlarının əsas fəaliyyət istiqamətləri haqqında, Xidmət tərəfindən aktiv sosial müdafiə tədbirlərindən olan işədüzəltmə, Əmək Yarmarkaları, Əmək Birjaları, peşəyönümü məsləhətlərinin verilməsi, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili haqqında, eləcə də passiv məşğulluq tədbirindən olan işsiz statusu verilərək işsizlik müavinətinin təyin edilməsi, mövcud əmək bazarı barədə məlumatlandırılırlar. Lakin bütün sadalananlara baxmayaraq iş axtararkən bəzi vacib məqamları bilmək vacib hesab olunur. Nəzərə almaq lazımdır ki, müasir rəqabət dünyasında iş yeri tapmaq elə də asan məsələ deyil. Çünki, işlə təmin olunmaq hüququnu qazanmaq uğrunda indi güclü rəqabət yaranıb. Odur ki, iş tapmaq daha çox insanın özündən asılıdır. Yəni, insanlar iş axtararkən fəal olmalı, özünüzü işəgötürənə düzgün təqdim etməyi bacarmalıdır.
İşsiz vətəndaşlara hansı təminatlar verilir?
Xidmətdən onu da bildiriblər ki, müvafiq iş tapa bilməyən vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər. Belə ki, işi və qazancı olmayan, işə başlamağa hazır olub, rayon (şəhər) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış, qeydiyyata alındıqdan 11 gün ərzində münasib iş təklif edilməsi mümkün olmayan əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlara müvafiq sənədləri təqdim etdiyi andan işsiz statusu verilir və işsizlik müavinəti təyin edilir. Hətta işdən azad olan və hal-hazırda işsiz olan vətəndaşlara dövlət tərəfindən təminatlar da verilir. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq dövlət işaxtaran və işsiz vətəndaşlara aşağıdakı təminatları verir: Məşğulluq Xidməti orqanlarının vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə; Məşğulluq Xidməti orqanlarının göndərişi ilə pulsuz peşəyönümünə, peşə hazırlığına, yenidən hazırlığına və ixtisasının artırılması, peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə təqaüdün ödənilməsinə; Vətəndaşın yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilən haqqı ödənilən ictimai işlərə cəlb olunmasına; Işsiz statusu alanlara işsizlik müavinətinin ödənilməsinə;Özünüməşğulluğa köməklik göstərilməsinə; Məşğulluq Xidməti orqanları tərəfindən həyata keçirilən digər aktiv tədbirlərdə (əmək yarmarkaları, əmək birjaları, yeni iş yerləri və s.) iştirakına köməklik göstərilməsinə; Məşğulluq Xidməti orqanlarının təklifi ilə bir yaşayış məntəqəsindən digərinə işə (peşə kurslarına) göndərilməklə əlaqədar vətəndaşların çəkdiyi xərclərin mövcud qanunvericiliyə müvafiq olaraq kompensasiya edilməsinə; Məşğulluq Xidməti orqanlarının göndərişi ilə işə qəbul olunarkən və təhsil almağa göndərilərkən dövlət tibb müəssisələrində pulsuz tibbi müayinədən keçməsinə. Beləliklə, işaxtaran vətəndaşlar iş yerlərini düzgün seçmək və özlərini təqdim etməyi bacarsalar işə düzəlmək elə də çətin olmaz. Çox təəssüf ki, bəzən Məşğulluq Xidməti orqanları tərəfindən göndərilən işaxtaranlar müəssisə və təşkilat özlərini lazımi qaydada təqdim etməyi bacarmırlar. Bu isə iş düzəlmək üçün ən başlıca şərtlərdən biridir.
Zəka