Gündəm

IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrini Şərq və Qərbin qovuşuğunda birləşdirəcək

12 May 2017 15:51

“Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində əhəmiyyətli rol oynayan ən başlıca amil də məhz Azərbaycanın daim İslam dünyasında əməkdaşlığa, inkişafa və həmrəyliyə öz töhfələrini verməsidir”.

3 rayon üzrə səyyar qəbul keçirilib

12 May 2017 15:50

Mayın 12-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 166 nömrəli tam orta məktəbdə paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, əlavə korpusların tikilməsi, məktəblərin maddi-texniki təminatı, müəllimlərin işə qəbulu və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Əmək Nazirliyində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

12 May 2017 15:47

Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Musa Kulaklıkaya ilə görüş olub.

Şahid: “MTN əməkdaşları silahı başıma dirədi”

12 May 2017 15:46

Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik NazirliyiBaş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıda məşhur biznesmenin ailə işinə qarışan qadın tutuldu - MİLYONLUQ QALMAQAL

12 May 2017 15:44

Bakı polisi axtarışda olan qadını tutub.  Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda zərər vurmaqla) ilə başlanan cinayət işi əsasında axtarışa verilən Gəncə şəhər Kəpəz rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Səkinə Sərdar qızı gecə saatlarında tutulub. O, Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə yerləşdirilib.

Məhəmmədrəsul Məcidov: "Növbəti döyüşdə də qalib gələcəyəm"

12 May 2017 15:43

"Növbəti rəqibimin kim olacağını hələ ki, bilmirəm, amma inanıram ki, növbəti döyüşdə də qalib gələcəyəm".  Bunu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışlarına Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidov deyib.

1700-dən çox insanı öldürən göl - VİDEO

12 May 2017 15:41

Afrikada Kamerun dövlətinin ərazisində yerləşən Nios gölü təxminən 400 il bundan əvvəl yüksək dağlıq ərazidə səth və yeraltı suların maara (Yer səthində vulkan mənşəli qıfabənzər çökəklik) dolması nəticəsində formalaşıb. Maar lavanın yeraltı sularla qarışması nəticəsində baş verən partlayışdan yaranıb.

Pakistanda vitse-spikerin maşını partladıldı: 20 ölü, 35 yaralı

12 May 2017 15:32

Pakistanda növbəti dəfə partlayış baş verib. hadisə Bəlucistan əyalətində qeydə alınıb. Yerli mətbuatın yaydığı xəbərə görə, hədəf Pakistan senatının sədr müavini Maulana Heydərinin olduğu avtomobil korteji olub. Nəticədə 20 nəfər ölüb, 35 nəfər yaralanıb. Partlayış zamanı senatın sədr müavini də xəsarət alıb. O, dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb. 

“Kəşfiyyat məhv ediləcək!” - Milli üslubda müharibə BAŞLAYIB

12 May 2017 15:29

"ABŞ və Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının liderinə sui-qəsd cəhdinə görə üzr istəməli və günahkarları cəzalandırmalıdır".  Bunu Şimali Koreyanın Rusiyadakı səfiri Kim Xen Çjun bildirib.

3 sentyabr İslam ölkələri ortaq Gənclər Günü elan edilib

12 May 2017 15:28

Bakıda İƏT Gənclər siyasəti üzrə Daimi Nazirlər Şurasının 1-ci iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda İƏT GİN 3-cü sessiyasında qəbul edilmiş qərarların icrası qrafiki, gələn il Bakıda keçiriləcək İƏT GİN Konfrasnının 4-cü sessiyasına hazırlıq işləri, İslam Həmrəylik Oyunları və s. məsələlər müzakirə olundu. İclasda eyni zamanda Bakıda keçirilən “İƏT Modeli Gənclər Zirvəsi”ndə İƏT ölkələri ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı irəli sürülən layihə də müzakirəyə çıxarıldı və həmin təşəbbüs yüksək qiymətləndirilərək İƏT ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı qərar qəbul edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binasının açılışı olub

12 May 2017 15:27

Mayın 12-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun artmasından danışıb.

Ana südü ilə qidalanmaya  həsr olunmuş seminar

12 May 2017 15:26

Ana və uşaq sağlamlığının qorunması Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlikdən “Olaylar” – a bildirlib ki, maarifləndirmə tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və BTM-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminarlar silsiləsinin keçirilməsinə başlanılıb. Növbəti belə seminar Sumqayıt şəhərində keçirilib.

Oğrular evdən qumbara və tapança apardılar, ev sahibi həbs olundu

12 May 2017 15:25

Mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov rayon Polis Şöbəsinə  müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.

“Reket” baş redaktor həbs edilib

12 May 2017 15:24

Ağdamda şantajla məşğul olan baş redaktor tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 10-da vətəndaş R.Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini deyib. R. Qasımov həmin şəxsin ondan 150 manat pul verməsini tələb etdiyini bildirib. Ağdam RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.

Bakı-2017: Azərbaycan ilk medalını təmin etdi

12 May 2017 15:19

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında boks yarışı davam edir.  1/4 final mərhələsində təmsilçimiz Məhəmmədrəsul Məcidov Qazaxıstan idmançısı Nurlan Saparbayla qarşılaşıb.