Oğrular evdən qumbara və tapança apardılar, ev sahibi həbs olundu
Mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov rayon Polis Şöbəsinə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.
12 May 2017 15:25 KriminalMayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov rayon Polis Şöbəsinə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib. "Olaylar" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar. Onlardan 5 ədəd qumbara, 1 ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb. Onlar izahatlarında silah-sursatı S.Qədirovun evindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb.S.Qədirov tutulub.