3 sentyabr İslam ölkələri ortaq Gənclər Günü elan edilib

Bakıda İƏT Gənclər siyasəti üzrə Daimi Nazirlər Şurasının 1-ci iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda İƏT GİN 3-cü sessiyasında qəbul edilmiş qərarların icrası qrafiki, gələn il Bakıda keçiriləcək İƏT GİN Konfrasnının 4-cü sessiyasına hazırlıq işləri, İslam Həmrəylik Oyunları və s. məsələlər müzakirə olundu. İclasda eyni zamanda Bakıda keçirilən “İƏT Modeli Gənclər Zirvəsi”ndə İƏT ölkələri ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı irəli sürülən layihə də müzakirəyə çıxarıldı və həmin təşəbbüs yüksək qiymətləndirilərək İƏT ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı qərar qəbul edilib.

Bakıda İƏT Gənclər siyasəti üzrə Daimi Nazirlər Şurasının 1-ci iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda İƏT GİN 3-cü sessiyasında qəbul edilmiş qərarların icrası qrafiki, gələn il Bakıda keçiriləcək İƏT GİN Konfrasnının 4-cü sessiyasına hazırlıq işləri, İslam Həmrəylik Oyunları və s. məsələlər müzakirə olundu. İclasda eyni zamanda Bakıda keçirilən "İƏT Modeli Gənclər Zirvəsi"ndə İƏT ölkələri ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı irəli sürülən layihə də müzakirəyə çıxarıldı və həmin təşəbbüs yüksək qiymətləndirilərək İƏT ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı qərar qəbul edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı və Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə 2006-cı il 3 sentyabrda İstanbulda keçirilmiş İƏT Gənclər Forumunun təsis gününün, İƏT Gənclər Günü olaraq elan edilməsi təklifi dəstəklənib. Qərara alınıb ki, yeni təsis edilən İƏT Gənclər Gününün 2017-ci ildə İƏT məkanındakı tədbirlər planı Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 2017-ci ilin İslam Həmrəylik İli elan edilməsi haqda təşəbbüsünə beynəlxalq ictimai dəstək olaraq "Fəaliyyətdə İslam Həmrəyliyi" şüarı altında keçirilsin. Beləliklə, 3 sentyabr İslam ölkələri ortaq Gənclər Günü olaraq təsis edilib və 2018-ci ilin Gənclər Gününə qədər bu çərçivədə keçiriləcək bütün tədbirlərin "Fəaliyyətdə İslam Həmrəsyliyi" şüarı ilə keçirilməsi qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31