Ana südü ilə qidalanmaya  həsr olunmuş seminar

Ana və uşaq sağlamlığının qorunması Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlikdən “Olaylar” – a bildirlib ki, maarifləndirmə tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və BTM-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminarlar silsiləsinin keçirilməsinə başlanılıb. Növbəti belə seminar Sumqayıt şəhərində keçirilib.

Ana və uşaq sağlamlığının qorunması Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlikdən "Olaylar" - a bildirlib ki, maarifləndirmə tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və BTM-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminarlar silsiləsinin keçirilməsinə başlanılıb. Növbəti belə seminar Sumqayıt şəhərində keçirilib. Seminarda ana südü ilə qidalanma sahəsində mövcud vəziyyətə toxunulub. Bu sahədə maarifləndirməni gücləndirmək məqsədilə UNICEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən "Ana südü həftəsi" keçirilir. Həmin tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlükləri, onunla qidalanmağın vacibliyi və bu sahədə ananın məsuliyyətini artırmaqdan ibarətdir. Seminar müzakirələrlə davam etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31