Gündəm
Parisdən bəyanat
Fransa – Azərbaycan Parlamentlərarası işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, Şuşanın işğal olunmasının ildönümü ilə əlaqədar Parisdə fəaliyyət göstərən Azərbaycan Evinin prezidenti M. Fətəliyeva Fransa mətbuatında Bəyanatla çıxış edib. Həmin Bəyanatın mətninin tərcüməsini oxucularımızin diqqətinə təqdim edirik.
Astarada Bilik Evi açılıdı
Ölkədə dini plüralizm təmin edilir
Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətlərə xas xüsusiyyətləri, prinsipləri özündə yüksək səviyyədə təcəssüm etdirir, onlara sadiqlik göstərir. Məlumdur ki, demokratik cəmiyyətlərin özünəməxsus xüsusiyyətlərindən biri də fikir, söz, məlumat azadlığı, plüralizmdir. Əgər qeyd etdiyimiz hər bir sahə üzrə ölkədə mövcud olan vəziyyətə nəzər yetirsək, aydın şəkildə görərik ki, həmin prinsiplər Azərbaycanda yüksək səviyyədə təmin edilir.
Uğurlu tədbirlər milli iqtisadiyyatın sosialyönümlüyünü daha da artırıb
“İnsan hüquqlarının, o cümlədən əmək hüquqlarının təminatına Ümummilli lider Heydər Əliyevin göstərmiş olduğu xüsusi diqqət və qayğı son 14 ildə Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Çünki hər bir vətəndaşın layiqli iş yeri ilə təmin olunması bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir”.
Diasporla İş üzrə Dövlət Komitəsi: “Rusiyada müəyyən anti-Azərbaycan qruplar ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərir”
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub.
Türkiyəli nazir: “V İslam Həmrəylik Oyunları İstanbulda təşkil olunacaq”
“V İslam Həmrəylik Oyunları 2021-ci ildə İstanbulda təşkil olunacaq”. Bunu Bakıda səfərdə olan Türkiyənin gənclər naziri Akif Çağatay Kılıc jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, bu baxımdan da İslam Həmrəyliyi Oyunları Türkiyə üçün böyük əhəmiyyət kəsb edir: “Bu oyunların bizim üçün böyük əhəmiyyəti var. Bu çərçivədə indi Bakıda İƏT Gənclər Nazirlərinin toplantısı keçirilib. Toplantı zamanı növbəti görüşün keçiriləcəyi yeri müəyyən etdik. Həmçinin, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin 3 sentyabr Gənclər Günü kimi qeyd edilməsini təsis etdik. İnşallah, gələcəkdə bu əməkdaşlıq daha intensiv və geniş aparılacaq”.
Dövlət Komissiyasından itkin düşmüş şəxslərlə bağlı məlumat
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədi ilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir.
Pedaqoji Kollecdə “Mayak” filmi
Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı üzrə Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecində “Narkomaniyaya “Yox!” deyək” şüarı altında tədbir keçirilib. Fonddan “Olaylar” – a bildirilib ki, tədbirdə Kollecin və Fondun əməkdaşları, tələbələr iştirak ediblər. Pedaqoji Kollecin direktor müavini Afaq Əliyeva tələbələrə Bilik Fondu ilə əməkdaşlığın təhsil müəssisəsinin həyatındakı rolundan və gənclərin hərtərəfli inkişafında maarifləndirici layihələrin əhəmiyyətindən danışıb. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Tibbi maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işinin vacibliyini vurğulayıb.
İşsiz şəxs lotoreyada 50 milyon dollar qazandı
Avstraliyada işsiz lotoreyadan 50 milyon dollar udub. 30 yaşlı Sidney sakini bildirib ki, əldə etdiyi pulu yaxınları ilə bölüşəcək. O, pulun bir hissəsini ailəsinə, dostlarına və xeyriyyə fondlarına verəcək: "Həyat dəyişir. Mən hətta bilmirəm ki. 50 milyonda nə qədər sıfır var".
Məktəblilər üçün mühazirə
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Növbəti mühazirə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirilib.
Sarkisyanın iki il sonrası üçün AĞLAGƏLMƏZ PLANI - Gizli hədəf nədir?
2018-ci ildə prezident səlahiyyətlərini təhvil verəcək Serj Sarkisyanın Milli Təhlükəsizlik Şurasının rəisi vəzifəsinə keçəcəyi haqda informasiya yayılıb. Qəzet qeyd edib ki, Sarkisyan bununla ölkənin idarəçiliyində öz təsirlərini saxlayacaq. Qəzetin məlumatına görə, Sarkisyan özü üçün bu postu hələ 2016-cı ildə hazırlamağa başlayıb. 2016-cı ilin avqustunda Sarkisyan Milli Təhlükəsizlik Şurasının katibliyinin yaradılması ilə bağlı fərman imzalayıb.
Separatçı lider: “Rusiya ilə yenidən birləşmək əsas hədəfdir”
“Rusiya ilə yenidən birləşmə Donetsk Xalq Respublikasının hədəfidir”. Bunu Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” separatçı rejimin başçısı Aleksandr Zaxarçenko “inteqrasiya komitəsi”nin iclasında deyib. “Vətənlə yenidən birləşmə bizim hədəfimizdir. Bu vətən Rusiyadır.
Dövlət sərhədini pozan 854 nəfər saxlanıb
Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin aprel ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata kеçirilmiş, qaçaqmalçılığa, qеyri-lеqal miqrasiyaya, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam еtdirilib. Bu barədə DSX-nin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 40 nəfər saxlanılmış, оnların 13 nəfəri Azərbaycan Rеspublikası, 5 nəfəri İraq, 4 nəfəri Özbəkistan, 4 nəfəri Tacikistan, 3 nəfəri Pakistan, 3 nəfəri İran İslam Rеspublikası, 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, 2 nəfəri Qana, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun vətəndaşları оlmuşlar.
Əmək müqavilələrinin müddəti dəyişdirilir
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirə olunub. “Olaylar” xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq. Hazırkı qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu, vətəndaşların xeyrinədir: "Çünki müddət əvvəllər 5 illik idi, indi isə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli əmək müqaviləsinin hansı müddətə bağlanmasını artıq tərəflər özləri müəyyən edəcək".
Azərbaycanda yeni sığorta fondu yaradılacaq
“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, yeni layihə barədə məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, sənəd iki il ərzində Prezident Administrasiyası və müvafiq dövlət orqanları ilə birlikdə hazırlanıb. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev çıxışında dəfələrlə işsizliyin qarşısının alınması və ixtisarların olmaması üçün göstəriş verib: “İşsiz insanlar maliyyə cəhətdən heç vaxt problem yaşamamalıdırlar. Lakin işsizlərə müavinət verilməsi o demək deyil ki, onlarda ələ baxımlılıq yaransın. Təbii ki, işsizlərə müavinətlər müddətli şəkildə veriləcək. Bu məsələ mütəmadi şəkildə nəzarətdə olacaq. Çalışılacaq ki, daha çox iş stajı olanlara daha çox müavinət verilsin”. Onun sözlərinə görə, bu günə qədər bəzi müəssisə rəhbərləri gəlir olmadığı təqdirdə işçilərinin əksəriyyətini ixtisar edirdi: “Yeni qanun layihəsi ilə bunu aradan qaldırmış olacağıq”.














