Separatçı lider: “Rusiya ilə yenidən birləşmək əsas hədəfdir”

“Rusiya ilə yenidən birləşmə Donetsk Xalq Respublikasının hədəfidir”. Bunu Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” separatçı rejimin başçısı Aleksandr Zaxarçenko “inteqrasiya komitəsi”nin iclasında deyib. “Vətənlə yenidən birləşmə bizim hədəfimizdir. Bu vətən Rusiyadır.

"Rusiya ilə yenidən birləşmə Donetsk Xalq Respublikasının hədəfidir". Bunu Ukraynanın şərqində yaradılan "Donetsk Xalq Respublikası" separatçı rejimin başçısı Aleksandr Zaxarçenko "inteqrasiya komitəsi"nin iclasında deyib. "Vətənlə yenidən birləşmə bizim hədəfimizdir. Bu vətən Rusiyadır. Komitənin son məqsədi və bütün işi yalnız vətənə qayıdışa yönəlib", - separatçıların lideri bildirib. Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Donetsk və Luqansk "xalq respublikaları"nı öz tərkibinə daxil etməyə çalışmır. "Röyters" agentliyi "respublikalar"da yüksək vəzifələr tutmuş üç şəxsə istinadən Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkovun separatçı rejimlərin daxili siyasətini müəyyən etdiyini yazıb. Mənbələrin sözlərinə görə, Surkov "Donetsk xalq Respublikası" separatçı rejimin başçısı kimi Aleksandr Zaxarçenkonun təyinatında əsas rolu oynayıb. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31