Pedaqoji Kollecdə “Mayak” filmi
Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı üzrə Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecində “Narkomaniyaya “Yox!” deyək” şüarı altında tədbir keçirilib. Fonddan “Olaylar” – a bildirilib ki, tədbirdə Kollecin və Fondun əməkdaşları, tələbələr iştirak ediblər. Pedaqoji Kollecin direktor müavini Afaq Əliyeva tələbələrə Bilik Fondu ilə əməkdaşlığın təhsil müəssisəsinin həyatındakı rolundan və gənclərin hərtərəfli inkişafında maarifləndirici layihələrin əhəmiyyətindən danışıb. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı “Tibbi maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işinin vacibliyini vurğulayıb.
12 May 2017 16:04 SosialBilik Fondunun "Tibbi maarifləndirmə" proqramı üzrə Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecində "Narkomaniyaya "Yox!" deyək" şüarı altında tədbir keçirilib. Fonddan "Olaylar" - a bildirilib ki, tədbirdə Kollecin və Fondun əməkdaşları, tələbələr iştirak ediblər. Pedaqoji Kollecin direktor müavini Afaq Əliyeva tələbələrə Bilik Fondu ilə əməkdaşlığın təhsil müəssisəsinin həyatındakı rolundan və gənclərin hərtərəfli inkişafında maarifləndirici layihələrin əhəmiyyətindən danışıb. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı "Tibbi maarifləndirmə" proqramı çərçivəsində görülən işlərdən danışıb, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işinin vacibliyini vurğulayıb.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudovanın "Sağlam həyatı seçək, narkomaniyaya yox deyək" mövzusunda mühazirəsi Kollecin müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb. Sonra rejissor Fariz Əhmədovun narkomaniyanın fəsadlarını əks etdirən qısametrajli "Mayak" filmi nümayiş olunub.