Əmək müqavilələrinin müddəti dəyişdirilir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirə olunub. “Olaylar” xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq. Hazırkı qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir.  Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu, vətəndaşların xeyrinədir: "Çünki müddət əvvəllər 5 illik idi, indi isə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli əmək müqaviləsinin hansı müddətə bağlanmasını artıq tərəflər özləri müəyyən edəcək".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirə olunub. "Olaylar" xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq. Hazırkı qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir.  Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu, vətəndaşların xeyrinədir: "Çünki müddət əvvəllər 5 illik idi, indi isə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli əmək müqaviləsinin hansı müddətə bağlanmasını artıq tərəflər özləri müəyyən edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31