Məktəblilər üçün mühazirə
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Növbəti mühazirə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirilib.
12 May 2017 16:02 SosialAMEA Riyaziyyat və Mexanika İnstitutu "Elm və təhsilin inteqrasiyası" proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Növbəti mühazirə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirilib.
Akademiyadan "Olaylar" - a bildirlib ki, mühazirədə Riyaziyyat və Mexanika İnstitutunun "Cəbr və riyazi məntiq" şöbəsinin aparıcı elmi işçi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Mirzağa oğlu Məmmədov "İki ardıcıllığın hədlərinin hasillərinin vasitəsi ilə düzəldilmiş cəmlərin qiymətləndirilməsi: Çebışev, Hölder, Minkovski bərabərsizlikləri və digər tətbiqləri" mövzusunda çıxış edib.