Gündəm

Dünya yeni qaçqın dalğasına hazırlaşır

12 May 2017 17:33

BMT-nin Qaçqınların İşi üzrə Agentliyi İraqın Mosul şəhərinin qərbində İŞİD qruplaşmasına qarşı davam edən hərbi əməliyyatlar nəticəsində yeni qaçqın dalğasının yarana biləcəyi barədə xəbərdarlıq edib. Rusiyanın TASS informasiya agentliyi xəbər verir ki, BMT-nin Ali Komissarının İdarəsi şəhəri tərk edəcək əhali üçün yeni düşərgələr hazırlayır.

Erməni lobbisinin girovuna çevrilmiş Rusiya rəsmiləri

12 May 2017 17:34

Azərbaycan-Rusiya münasibətləri hər zaman bu və ya digər dövlətlərin, xaricdəki müəyyən qruplaşmaların diqqət mərkəzində olan başlıca məsələ olub. Daha doğrusu Moskva-Bakı münasibətlərinə zərbə vurmaq, iki ölkə arasında problemlər yaratmaq sözügedən dairələrin əsas hədəflərindən birinə çevrilib. Zaman-zaman buna cəhdlər edilsə də, lakin iki ölkə rəhbərliyinin siyasi iradəsi və qarşılıqlı faydalı əməkdaşlıq hər zaman Moskva ilə Bakı arasında sərinlik, inciklik yaratmaq cədhlərini puça çıxarıb. Çünki Azərbaycanla Rusiya arasında münasibətlər dostluq, mehriban qonşuluq əlaqələri ilə yanaşı, həm də hər zaman strateji xarakter daşıyıb. Bu mövqe iki ölkə rəhbərliyinin dilindən hər zaman ifadə edilib.

TRT rəhbəri istefa verib

12 May 2017 17:24

Türkiyənin dövlət Radio Televiziya Qurumu - TRT-nin baş direktoru Şenol Göka vəzifəsindən istefa verib. Ş. Göka istefasının səbəblərini açıqlamayıb. Onun istefası qəbul edilib.  

Özünü qatarın altına atmaq istəyən qızı sərnişin belə xilas etdi - VİDEO

12 May 2017 17:16

Çində qatar stansiyasında gözləyən bir qız qatarın platformaya yaxınlaşdığı məqamda özünü rels üzərinə atmaq istəyib. 

Rəsmi Kiyev Trampla görüş üçün pul ödəyib?

12 May 2017 17:14

Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib ki, rəsmi Kiyev ABŞ prezidenti Donald Trampla görüşün təşkili üçün vəsait ödəməyib və lobbistlərdən kömək istəməyib. Klimkin Trampa görüşü haqda yayılan məlumatlara aydınlıq gətirib. "Siyasətdə lobbizm bu səviyyədə işləmir. Mənim çox dəqiq prinsipim var və pullu xidmətlərdən istifadə etmirəm". O, bildirib ki, Ukraynaya yalnız bizim maraqlarımız, mübarizəmiz kömək edir. 

Sürücü yol polisini xəstəxanalıq etdi - BAKININ MƏRKƏZİNDƏ İNSİDENT

12 May 2017 17:13

Bakıda sürücü yol polisini vurub. Hadisə dünən saat 18:30 radələrində Neftçilər  prospekti 26 ünvanının qarşısında baş verib.

MTN Elçin Behbudova niyə hər ay 2 min verib? – ŞOK

12 May 2017 17:10

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindən (MTN) hər ay aldığı pul mükafatının miqdarı bəlli olub.  Bu barədə MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində qeyd olunub.

İnsanları gözləyən ölümcül təhlükələr - Alimlərdən YADPLANETLƏ BAĞLI XƏBƏRDARLIQ

12 May 2017 17:06

Məlumdur ki, bu ildən etibarən “İnsanlar Marsda” adlı proqrama əsasən bir qrup insan Marsda yaşamağa başlayacaq. Amma planetoloqlar bu proqramla bağlı narahatlıqlarını dilə gətiriblər. Alim Paskal Li Vaşinqtonda keçirilən NASA konfransında insanların Marsda qarşılaşacağı ölümcül təhlükələrdən söz açıb.

Dostluğunu qəbul etməyən qızı GÜLLƏLƏDİ - DƏHŞƏT

12 May 2017 17:04

Türkiyənin Muğla əyalətində qan donduran hadisə baş verib. Yerli sakinlərdən 25 yaşlı Əmrah.P 18 yaşlı İpək Pətəyi qətlə yetirib.  25 yaşlı Əmrah.P 18 yaşlı qıza dostluq təklif edib. Dostuq təklifinə rədd cavabı alan Əmrah bundan qəzəblənib. Evlərinin eyvanında oturan qıza və qardaşına vinçestr tüfəngindən 8 dəfə atəş açıb.

Marina Durunda: İslam Oyunlarında ilk çıxış çox həyəcanlı idi

12 May 2017 17:01

Hesab edirəm ki, ümumilikdə yaxşı nəticə göstərdim. Bunu  azərbaycanlı gimnast Marina Durunda deyib. Yarışların ilk günündə M.Durunda halqa və topla hərəkətlərdə finala çıxıb.O deyib ki, çıxışlar zamanı çox həyəcanlı idim:  "Əhvalım normaldır, amma başa düşürəm ki, daha yaxşı çıxış edə bilərdim. Mən zədədən sonra bu gün ilk dəfə xalça üzərinə çıxmışdım”.

Mərkəz sədri: Rusiya-Azərbaycan münasibətlərini korlamaq istəyən ermənipərəsət qüvvələr məqsədlərinə çatmayacaqlar

12 May 2017 17:00

Rusiya ilə Azərbaycan arasında, eləcə də hər iki ölkənin prezidentləri arasında münasibətlərin çox yüksək dostluq səviyyəsində olmasına baxmayaraq, bu iki ölkə arasındakı münasibətlərə xələl gətirən addımlar atmaq cəhdləri əvvəllər də olub.

BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının icrası üzrə tədbirlərin əlaqələndirilməsi üçün yaradılmış İşçi Qrupun iclası keçirilib

12 May 2017 16:57

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrinə əsasən, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasından irəli gələn vəzifələrin icrası ilə bağlı zəruri tədbirlərin əlaqələndirilməsi məqsədilə yaradılmış İşçi Qrupun iclası keçirilib.

Azərbaycan jurnalistlərinin Rusiyanın media təmsilçilərinə müraciəti

12 May 2017 16:55

Uzun tarixi dövr ərzində ən müxtəlif sahələrdə təşəkkül tapmış qarşılıqlı dostluq əlaqələri Rusiyada çoxsaylı Azərbaycan diaspor qurumlarının formalaşmasına şərait yaradıb. Hazırda dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutan Ümumrusiya Azərbaycanlıları Konqresi də müasir dövrdə Rusiya və Azərbaycan xalqları arasındakı mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafında həlledici rol oynayıb.

Azərbaycanın Rus İcması ÜAK-ın ləğvinə mane olmağa çağırıb

12 May 2017 16:29

”Sıralarında milliyyətcə rus olan 120 min Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcması Rusiyanın ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı uzun müddət davam edən vəziyyətlə əlaqədar ciddi narahatlığını bildirir. Azərbaycanın Rus İcması Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsinə dair öz prinsipial münasibətini 2017-ci il 4 aprel tarixli bəyanatında ifadə edib”.