Beynəlxalq Muğam Mərkəzində yeni layihə

Muğam Mərkəzinin təşkilatçılığı ilə "Muğam axşamları" adlı yeni möhtəşəm layihəyə start verilir. Mərkəzdən "Olaylar" - a bildirlib ki, layihədə 16 maydan 30 iyunadək Azərbaycan muğamları: Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər və Hümayun muğamları tanınmış muğam ifaçıları tərəfindən ifa ediləcək. Layihənin ilk konserti  "Rast" muğamının ifası ilə   olacaq.

Konsertdə  xanəndələr Aqil Məlikov - əməkdar incəsənət xadimi, Sevinc Sarıyeva - əməkdar artist, Ehtiram Hüseynov - Naxçıvan MR-in əməkdar artisti,  Mirələm Mirələmov, Aytən Məhərrəmova, Hüseyn Məlikov  "Rast" ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edəcəklər. Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur.

Layihənin informasiya dəstəyi  Azərtac, Mədəniyyət kanalı, Azərbaycan radiosu,"Baku" jurnalı.

Layihə çərçivəsində ilk konsert 16 may saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.  Biletləri şəhərin kassalarından, Asan xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31