Gündəm
Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasəti təsdiq edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Bu ölkədə hərbçilər qiyama başladı
Kot d-İvuar Milli Təhlükəsizlik Şurası ölkə prezidenti Alassan Uttaranın başçılığı ilə fövqəladə iclas keçirib. Trend-in məlumatına görə, fövqəladə iclasın çağırılmasına səbəb ölkədə hərbçilərin iştirakı ilə qiyamın başlanmasıdır.
Əməkdar artisti borcuna görə EVİNDƏN ÇIXARIRLAR - "Pulumu qaytar"
"Mayın 25-nə qədər mənə evimi boşaltmağa vaxt veriblər". Bu sözləri əməkdar artist Firuzə İbadova deyib. O bildirib ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova görə Badamdardakı yaşadığı evdən çıxarılır: "Allah heç kimi mənim günümə salmasın. Lombarda girib, Orxana bir iş üçün 7 min pul verdim. O da ilk əvvəl işi həll edəcəyini deyərək, məni ümidləndirdi. Amma daha sonralar bu işin qeyri-ciddi olduğunu görüb, pulumu geri istədim. Vallah, indi Orxana görə borc içində üzürəm, pis vəziyyətdəyəm. Evin borcunu verə bilmirəm. Ona görə də evimdən çıxarırlar.
Jalə Piriyeva: "İslam Həmrəyliyi Oyunlarının tarixinə düşmək şansımız var"
"Bədii gimnastika İslam Həmrəyliyi Oyunlarının proqramına ilk dəfə salınıb, ona görə də yarışlarda medal qazanan gimnastlar tarixə düşəcək". Bunu azərbaycanlı gimnast Jalə Piriyeva deyib.
Baş direktorun müavini: "Xoşməramlı səfir Leyla Əliyeva FAO-nun işinə və maarifçi siyasətinə böyük dəstək göstərir"
"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Ərzaq və kənd təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri kimi təşkilatın işinə və maarifçi siyasətinə böyük dəstək göstərir və FAO-nun mesajının bütün dünyaya çatdırılmasına yardım edir".
Suriyada yeni hərbi əməliyyat başlayır
Rakka əməliyyatı yay fəslinin ilk günlərində başlayacaq. Bu barədə Suriya Demokratik Qüvvələrinin səlahiyyətli nümayəndələri açıqlama yayıb. SDQ komandiri Əbdülqədir Hevdeli ABŞ-dan Rakka əməliyyatı üçün yardım gözlədiklərini xatırladıb: "Bizə söz veriblər ki, Rakka əməliyyatı başlayanda zirehli texnika və xüsusi silahlarla təmin olunacağıq. Biz bu köməyi gözləyəcəyik".
Bakı-2017: İran Səudiyyə Ərəbistanına qalib gəldi
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışı davam edir. B qrupunda İranın kişi voleybolçuları Səudiyyə Ərəbistanından olan rəqibləri ilə qarşılaşıblar. Oyun İran yığmasının qələbəsi ilə başa çatıb - 3:0 (25:18, 25:23, 25:18)
Azərbaycan vətəndaş cəmiyyəti ÜAK-ın ləğvinin münasibətlərə mənfi təsir göstərəcəyini bildirir
“Bu gün Rusiya-Azərbaycan münasibətləri həqiqətən yüksələn xətt üzrə inkişaf edir. Ölkələr arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri qurulub. İndi belə bir məqamda bu münasibətlərə xələl gətirmək üçün gündəmə arzuolunmaz mövzuları kim atır, maraqlıdır”.
Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin iclası keçirilib
Mayın 12-də Türkiyənin Antalya şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin 6-ci iclası keçirilib. Tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə gömrük xidmətlərinin nümayəndələri qatılıb.
"ÜAK heç zaman Rusiyanın maraqlarına zidd addım atmayıb"
“Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsində xüsusi fəallıq göstərən müəyyən anti-Azərbaycan qüvvələr var. Bu məsələlərin arxasında həmin qüvvələrin maraqları durur”.
Zərdabi Mətbuat Mərkəzi Salyanda toplantı keçirib
“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsi çərçivəsindəki ikinci toplantı mayın 11-də Salyan rayonunun Mərkəzi Kitabxanasında keçirilib. “İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr” mövzusundakı tədbirdən öncə Zərdabi MM təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Onlar həmçinin Salyanda Ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibəti gerçəkləşdirilmiş ağacəkmə kampaniyasına da qatılıblar.
Bakıya gələcək ulduzların qəribə istəkləri: təzə unitaz, 200 dəsmal, it üçün vanna...
Dünya ulduzları konsert vermək təklifi alanda ilk növbədə rayderlərini təqdim edirlər. Onların gedəcəkləri yerdəki çıxış qonorarı ilə yanaşı istəkləri də hər kəsi təəccübləndirir.
Prezident İlham Əliyevin adından İslam Həmrəyliyi Oyunları ilə əlaqədar İslam ölkələrinin nümayəndələrinin şərəfinə ziyafət təşkil olunub
Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin adından IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda olan İslam ölkələrinin nümayəndələrinin şərəfinə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin iqamətgahında rəsmi ziyafət təşkil edilib.
Azərbaycanda İLK DƏFƏ seysmik tomoqrafiya üzrə işlərə başlanılır
Azərbaycanda ilk dəfə olaraq, seysmologiya sahəsində yeni elmi istiqamət - seysmik tomoqrafiya üzrə işlərə başlanılır. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.
Səbuhi Abbasov: “Məhkəmənin ÜAK-la bağlı ədalətli qərar çıxaracağına inanırıq”
Mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə növbəti məhkəmə prosesi keçiriləcək.














