Gündəm

Bərpa edilmiş “Galaxy Note 7” orijinaldan iki dəfə ucuz olacaq

12 May 2017 20:00

Cənubi Koreyada bərpa edilmiş “Galaxy Note 7” smartfonunun bu yaxınlarda fotoşəkilləri yayılan “Galaxy Note 7R” versiyasının satışa çıxarılmasına hazırlıqlar gedir. Orijinal modellə müqayisədə qurğunun qiymətinin iki dəfə ucuz olacağı gözlənilir.

Bu üsul sizi bəyaz dişlərə qovuşduracaq

12 May 2017 19:50

İnsanların gün ərzində istifadə etdiyi qidalar dişlərin məhv olmasına gətirib çıxarır. İçdiyimiz çay, kofe, adi su belə dişlərə təsirsiz ötüşmür. Bütün bunların qarşısını almaq üçün insanlar bir çox üsullara əl atır. Bəyaz təbəssümə sahib olmaq üçün külli miqdarda pul xərcləməyə ehtiyac yoxdur. ABŞ stomatoloqlarının hesablamalarına görə 30 və daha yuxarı yaşda insanların paradont və ağız boşluğu problemləri ilə qarşılaşma ehtimalı daha yüksəkdi.

İş masasında yeyənlərin nəzərinə: TƏHLÜKƏLİDİR

12 May 2017 19:45

Alimlərin apardıqları tədqiqata əsasən, bütün dünyada onlarla insanın ölümünə az hərəkətli həyat tərzi səbəbdir. Fiziki fəallığın çatışmazlığı qan laxtalarının yaranmasına səbəb olur. Tədqiqatlar göstərir ki, gün ərzində 10 saat işləyən 21-30 yaşlarında insanların təxminən 75 faizi fasiləyə çıxmaqdan imtina edirlər ki, bu da dərin venalarda tromboz əmələ gəlməsi təhlükəsini əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər qeyd edirlər ki, hazırda dünyada yaşı 40-dan az olan tromboz qurbanlarının sayı sürətlə artır.

Kvant kompüterlər üçün soyutma sistemi yaradılıb

12 May 2017 19:39

Finlandiyanın Aalto Universitetinin tədqiqatçılar qrupu kvant kompüterin yaradılması istiqamətində mövcud maneələrdən birini aradan qaldıraraq nanosoyuducu yaradıb. Adi kompüterdə informasiya bir və ya sıfırla göstərilən bit şəklində saxlanılır. Lakin kvant kompüterlərdə informasiya vahidi olan kubit eyni anda bir və sıfır rəqəmi ola bilər. Kubitlər vasitəsilə informasiyanın saxlanılması kompüter sisteminin gücünü əhəmiyyətli dərəcədə artıra bilər.

Alimlər duman vasitəsilə elastik displey yaradıblar

12 May 2017 19:34

Alimlər artıq çoxdan təsviri duman üzərinə proyeksiya etməyi bacarırlar, amma təsvir bulanıq, əyri alınır. Amma Sasseks Universitetində yaradılmış “MistForm” ekranında bu problemlər aradan qaldırılıb, çünki sözügedən displey şəklin təsviri zamanı öz formasını dəyişdirə bilir.

Ada 16 milyon dollara satışa çıxarıldı

12 May 2017 19:30

Baham adalarına bitişik “Foot`s Cay” adası 16 milyon dollara satışa çıxarılıb. CNN xəbər verir ki, adanın iki evi və geniş bir sahəsi var. İdman salonu, nəhəng mətbəxi, iki kiçik limanı olan adada elektrik və telefon xətləri də mövcuddur.

Daşların magik qüvvəsi nələrə qadirdir? - EHTİRAS, CƏSARƏT, UĞUR...

12 May 2017 19:26

Müasir elm baxımından bahalı daşlar yalnız möhkəm dağ süxuru, cansız materiyadır. Amma bir neçə əsr sonra bəşəriyyətin təcrübəsi göstərdi ki, mineral və metallar nadir xüsusiyyətlərə malikdir. Ən cəsarətli fizik və biokimyaçılar deyir ki, elm tədricən ayurverdaların ("Yu" və "veda" "- uzun həyat bilgisi, elm həyatı, ya da alternativ və ənənəvi hind təbabəti növlərindən biridir) nəticələrinə gəlib çıxır. Çin təbabətində və qədim əfsanələrdə də insan orqanizminin yerin altından çıxarılan bahalı daşlarla qarşılıqlı fəaliyyətdə olduğu izah edilib.

Suyu niyə ikinci dəfə qaynatmaq olmaz?

12 May 2017 19:20

Su sözün əsl mənasında həyat mənbəyidir, insan orqanizmin (körpələrin 90%-ini) 80 %-ni su təşkil edir, buna görə də onun keyfiyyətinə ciddi fikir vermək lazımdır. Təəssüf ki, su sistemi və borular vasitəsilə hərəkət edən su nəinki faydalı xassələrə malikdir, həm də tərkibində xlor elementləri, müxtəlif ağır və zərərli qarışıqlar var. Bu zəhərli maddələri hətta bəzən müasir filtrlər də təmizləyə bilmir. İndiki şəraitdə torpaqların çirklənməsi isə bulaq sularının saflığına təminat vermir.

Monika Belluççidə inanılmaz dəyişim

12 May 2017 19:15

Monika Belluççi imicini tamamilə dəyişərək sarışın olmağa qərar verib.  İtalyan aktrisa Monika Belluççi zahiri görkəmi ilə nadir hallarda eksperiment aparır. Pərəstişkarları da qonur gözlü aktrisanı tünd saçlarda, əsmər halda görməyə adət edib. Dünən isə 52 yaşlı kino ulduzu instaqramda öz şəklini paylaşaraq sarışın olduğunu elan edib. O, bildirib ki, imicini “Madame Figaro” fransız jurnalının Kann kinofestivalına həsr olunan xüsusi buraxılışının fotosessiyası üçün dəyişib.

Ümumrusiya Kinematoqrafiya Universitetinə sənədlərin qəbulu davam edir

12 May 2017 19:10

Ümumrusiya Kinematoqrafiya Universiteti ilə aparılmış danışıqlar nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bir neçə kino ixtisası üzrə rus dilində bakalavr təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.

Akif Əlizadə AMEA-nın sonuncu kurs magistrantları ilə görüşüb

12 May 2017 19:05

AMEA – nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın bir qrup sonuncu kurs magistrantı ilə görüşüb. Akademik bildirib ki, AMEA-da magistratura pilləsi yeni yaradılmasına baxmayaraq bu işin uğurla həyata keçirilməsində böyük təcrübə əldə olunub. Akademiya rəhbəri AMEA-da magistratura təhsilinin təşkilinin gənclərin burada elmi fəaliyyətə cəlb olunmasına böyük təkan verdiyini deyib. Akademiyadan “Olaylar” -  a bildirlib ki, Akif Əlizadə magistrantların məzun olduqdan sonra AMEA-da fəaliyyətlərini davam etdirmələri, elmi-tədqiqatlar aparmaları və dünya elminə inteqrasiyaları üçün bütün imkanların yaradılacağını bildirib.

Ələtdə döyüş sursatı aşkarlanıb

12 May 2017 19:00

Ələtdə döyüş sursatı aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qaradağ rayonu, Ələt qəsəbəsində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

Türkiyədə betonqarışdıran maşınla mikroavtobus toqquşub

12 May 2017 18:55

Türkiyənin Tekirdağ əyalətinin Szaray rayonunda beton qarışdıran maşınla içərisində sərnişin olan mikroavtobusun toqquması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Maduro müxalifəti dinc sakinləri öldürməkdə suçladıMaduro müxalifəti dinc sakinləri öldürməkdə suçladı

12 May 2017 18:50

Venesuela müxalifəti dinc sakinləri öldürüb. Bunu "Qlobovijn" televiziyasına müsahibəsində Venesuela Prezidenti Nikolas Maduro söyləyib. O, müxalifətin bunun üçün snayperlərdən istifadə etdiyini bildirib. Venesuelada 4 apreldən başlayan siyasi böhran davam edir.