Akif Əlizadə AMEA-nın sonuncu kurs magistrantları ilə görüşüb
AMEA – nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın bir qrup sonuncu kurs magistrantı ilə görüşüb. Akademik bildirib ki, AMEA-da magistratura pilləsi yeni yaradılmasına baxmayaraq bu işin uğurla həyata keçirilməsində böyük təcrübə əldə olunub. Akademiya rəhbəri AMEA-da magistratura təhsilinin təşkilinin gənclərin burada elmi fəaliyyətə cəlb olunmasına böyük təkan verdiyini deyib. Akademiyadan “Olaylar” - a bildirlib ki, Akif Əlizadə magistrantların məzun olduqdan sonra AMEA-da fəaliyyətlərini davam etdirmələri, elmi-tədqiqatlar aparmaları və dünya elminə inteqrasiyaları üçün bütün imkanların yaradılacağını bildirib.
12 May 2017 19:05 SosialAMEA - nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın bir qrup sonuncu kurs magistrantı ilə görüşüb. Akademik bildirib ki, AMEA-da magistratura pilləsi yeni yaradılmasına baxmayaraq bu işin uğurla həyata keçirilməsində böyük təcrübə əldə olunub. Akademiya rəhbəri AMEA-da magistratura təhsilinin təşkilinin gənclərin burada elmi fəaliyyətə cəlb olunmasına böyük təkan verdiyini deyib. Akademiyadan "Olaylar" - a bildirlib ki, Akif Əlizadə magistrantların məzun olduqdan sonra AMEA-da fəaliyyətlərini davam etdirmələri, elmi-tədqiqatlar aparmaları və dünya elminə inteqrasiyaları üçün bütün imkanların yaradılacağını bildirib.
Sonra magistrantlar ikiillik təhsil müddətində əldə etdikləri təcrübə və nailiyyətlərdən danışıblar. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov,Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova, Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, Elm və Təhsil İdarəsinin Magistraturaşöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov iştirak ediblər.