Ümumrusiya Kinematoqrafiya Universitetinə sənədlərin qəbulu davam edir

Ümumrusiya Kinematoqrafiya Universiteti ilə aparılmış danışıqlar nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bir neçə kino ixtisası üzrə rus dilində bakalavr təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.

Daha hazırlıqlı namizədləri müəyyən edib, onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və "Azərbaycanfilm" kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq.

"Azərbaycanfilm" kinostudiyasından "Olaylar" - a  bildirilib ki, abituriyentlərin sənədləri rus dilində iyunun 15-dək "Azərbaycanfilm" kinostudiyasına təqdim etmələri tələb olunur. Hər bir ixtisas üzrə lazım olan sənədlərin siyahısı ilə www.vgik.info internet səhifəsində tanış olmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31