Monika Belluççidə inanılmaz dəyişim

Monika Belluççi imicini tamamilə dəyişərək sarışın olmağa qərar verib.  İtalyan aktrisa Monika Belluççi zahiri görkəmi ilə nadir hallarda eksperiment aparır. Pərəstişkarları da qonur gözlü aktrisanı tünd saçlarda, əsmər halda görməyə adət edib. Dünən isə 52 yaşlı kino ulduzu instaqramda öz şəklini paylaşaraq sarışın olduğunu elan edib. O, bildirib ki, imicini “Madame Figaro” fransız jurnalının Kann kinofestivalına həsr olunan xüsusi buraxılışının fotosessiyası üçün dəyişib.

Monika Belluççi imicini tamamilə dəyişərək sarışın olmağa qərar verib.  İtalyan aktrisa Monika Belluççi zahiri görkəmi ilə nadir hallarda eksperiment aparır. Pərəstişkarları da qonur gözlü aktrisanı tünd saçlarda, əsmər halda görməyə adət edib. Dünən isə 52 yaşlı kino ulduzu instaqramda öz şəklini paylaşaraq sarışın olduğunu elan edib. O, bildirib ki, imicini "Madame Figaro" fransız jurnalının Kann kinofestivalına həsr olunan xüsusi buraxılışının fotosessiyası üçün dəyişib.

Bu, artıq birinci dəfə deyil ki, Monika Belluççi sarışın olur. O, 2007-ci ildə çəkilən "İkinci nəfəs" filmi üçün də saçlarını sarı rəngə boyamışdı.

Xatırladaq ki, Belluççi bu il mayın 28-dən 17-dək keçiriləcək Kann Kino Festivalının açılış və bağlanış mərasimlərinin aparıcısı rolunu öz öhdəsinə götürəcək. Publika.az xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31