Ukrayna Rusiyadakı dünya çempionatını yayımlamaqdan imtina edə bilər

Ukrayna Milli Televiziya Şirkətinin baş direktoru Zurab Alasaniya bildirib ki, istənilən halda 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını yayımlamaqdan imtina edəcək.

Ukrayna Milli Televiziya Şirkətinin baş direktoru Zurab Alasaniya bildirib ki, istənilən halda 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını yayımlamaqdan imtina edəcək.  Alasaniya mövzu ilə bağlı deyib: "Əgər yığmamız çempionata vəsiqə qazansa və ölkə qərara alsa ki, Rusiyaya gedib iştirak edə bilər, bu halda belə, istefa riskinə baxmayaraq, deyəcəyəm ki, biz bunu göstərməyəcəyik".

Onun sözlərinə görə, Ukraynanın futbol funksionerləri də ümid edirlər ki, milli komanda dünya çempionatına vəsiqə qaqana bilməyəcək. Virtualaz.org "Telekritika" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31