Naxçıvan haqqında yeni monoqrafiya
“Naxçıvan Muxtar Respublikasının endogen yataqlarının metasomatizmi və filizləşməsi” adlı monoqrafiya işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İntitutunun Metasomatizm və filizəmələgəlmə sektorunun rəhbəri və baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Faydalı qazıntıların geologiyası kafedrasının professoru Cəbrayıl Azadəliyevin və mərhum Fuad Kərimovun həmmüəllifliyi ilə rus dilində yazılmış irihəcmli kitabda elmi cəhətdən böyük maraq kəsb edən regional və kontakt-termal metamorfizm məsələləri uzun illər ərzində geniş dədqiq edilərək sistemləşdirilib.
12 May 2017 15:16 Sosial"Naxçıvan Muxtar Respublikasının endogen yataqlarının metasomatizmi və filizləşməsi" adlı monoqrafiya işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İntitutunun Metasomatizm və filizəmələgəlmə sektorunun rəhbəri və baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Faydalı qazıntıların geologiyası kafedrasının professoru Cəbrayıl Azadəliyevin və mərhum Fuad Kərimovun həmmüəllifliyi ilə rus dilində yazılmış irihəcmli kitabda elmi cəhətdən böyük maraq kəsb edən regional və kontakt-termal metamorfizm məsələləri uzun illər ərzində geniş dədqiq edilərək sistemləşdirilib.
Monoqrafiya metasomatizm və filizəmələgəlmə, genetik mineralogiya, geokimya və endogen filiz yataqlarının genezisi sahəsində çalışan alimlər və istehsalatda çalışan geoloqlar, universitet tələbələri və magistlər, doktorontlar və dissertantlar üçün ədəbiyyat mənbəyidir.
"Elm" nəşriyyatında çap olunmuş monoqrafiyanın baş redaktoru akademik Vasif Babazadədir. Nəşrə Ekologiya və Təbii Sərvətlr Nazirliyinin Milli Geoloji-Kəşfiyat Xidməti və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlr Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən müsbət rəy verib.