Kitab bayramına həsr olunmuş tədbir

Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon MKS-nin 1 saylı filialında ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü münasibətilə IX ənənəvi Kitab bayramına həsr olunmuş tədbir keçirilib.

Baş İdarədən "Olaylar" - a bildirlib ki, tədbirdə Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Nazim Əliyev, Milli məclisin deputatı Fazil Mustafa, Sabunçu Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov, şairə, jurnalist Gülarə Munis, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri, yazıçı Sayman Aruz, Yazıçılar Birliyinin üzvü, yazıçı Nəsibə Tahir Anadil, Yazıçılar Birliyinin üzvü, tərcüməçi Ümid Nəccari, ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə kitabxananın önündəki uşaqların əl işlərindən və rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31