Əli Hüseynli Rusiyaya səfər edib
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiyanın paytaxtı Moskvaya səfər edib. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, millət vəkili Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirəcək. Görüşdə parlamentlər arasında əlaqələrinin möhkəmləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq. Səfər mayın 15-də başa çatacaq.
12 May 2017 14:23 SosialMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiyanın paytaxtı Moskvaya səfər edib. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, millət vəkili Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirəcək. Görüşdə parlamentlər arasında əlaqələrinin möhkəmləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq. Səfər mayın 15-də başa çatacaq.