Gündəm

Supergüclərin Orta Şərq planında Azərbaycan və Türkiyə ilə bağlı maraqlı məqamlar

8 İyun 2017 13:54

Yaxın Şərqdən tutmuş yerləşdiyimiz coğrafiyaya qədər ciddi proseslər cərəyan etməkdədir. Supergüclərin sözügedən regionlarda bir-birini sıradan çıxarmaq, daha çox üstünlük əldə etmək üçün apardıqları mübarizə özünün yeni bir mərhələsinə qədəm qoyur. Bu mərhələdə isə rəqiblər təəssüflər olsun ki, daha çox terror təşkilatlarına dəstək vermək və onlar vasitəsilə öz istəklərinə nail olmaq yolunu tutublar. Son bir neçə ildə müxtəlif region və ölkələrdə baş verən terraktlar belə deməyə əsas verir.

Azərbaycandakı Ramazan ənənələri barədə sənədli film çəkilir

8 İyun 2017 13:53

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın tolerantlıq mühiti, xüsusilə Ramazan ənənələri barədə sənədli film çəkmək məqsədi ilə ölkəmizdə səfərdə olan Pakistanın “A-plus” telekanalının prodüseri Madiha Macidi qəbul edib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələrinə sahib olduğunu deyən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini bildirib.

Azərbaycanı investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib

8 İyun 2017 13:52

İyunun 8-də Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib. İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun və Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən çox iş adamı iştirak edib. Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes forumda müxtəlif sahələrə - kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyalarına dair panel iclaslar, iş adamları arasında ikitərəfli görüşlər keçirilib, maraqlı çıxışlar edilib.

Qeyri-neft sektorunun inkişafı uğurla davam edir

8 İyun 2017 13:47

“Ölkəmizdə möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbəə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.

Türkiyənin  dünyaca məhşur caz qurupu Muğam Mərkəzində

8 İyun 2017 13:45

İyunun 7 -də  Beynəlxalq Muğam Mərkəzində caz lahiyəsi çərçivəsində möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbir Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutdu.

30 hakim həm də sədr vəzifəsini icra edəcək

8 İyun 2017 13:43

Azərbaycanın bəzi rayon (şəhər) məhkəmələrində hakimlərin həm də məhkəmənin sədri olması təklif edilir. “Olaylar” report-a istinadən xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" dəyişiklik olunur. Qanunun 22-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Qanuna edilən əlavə əsasən isə rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur. Layihəyə əsasən, ölkə ərazisində 30-dan çox rayon məhkəmələri mövcuddur ki, həmin məhkəmələr bir hakimdən ibarətdir.

Məhkəmə-Hüquq Şurası Ali kateqoriya dövlət orqanları siyahısına əlavə edilir

8 İyun 2017 13:42

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Ali kateqoriya dövlət orqanları sıyahısına əlavə edilir. Məlumatına görə,banunla bağlı  “Dövlət qulluğu haqqında” qanunun 8-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) dəyişiklik nəzərdə tutulub.Belə ki, qanunun 8.1.1 əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitutsiyasının 7-ci maddəsinin III  hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikası qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı  icra orqanı- Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Azərbaycan Respublikası Milli Məclisi, Ali konstitutsiya  ədalət mühakiməsi səlahiyyətlərinin həyata keçirən Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icrasına aid edilən ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası (Ali kateqoriya dövlət orqanları ) sıyahısına əlavə edilir.

Azay Quliyev Türkiyə parlamentinin spikeri və hökumət üzvləri ilə görüşüb

8 İyun 2017 13:40

ATƏT Parlament Assambleyasının xüsusi missiyası Türkiyədə səfərdədir. Nümayəndə heyəti iyunun 7-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağla görüş keçiriblər.

Ticarət evləri Azərbaycana nə vəd edir?

8 İyun 2017 13:37

Dünya bazarında neftin qiymətinin aşağı düşmçəsi nəticəsində bu sahədən gələn gəlirin azalması  Azərbaycanda qeyri-nef sektorunun inkişafını labüd edir. Etiraf edilməlidir ki, artıq ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılmaqdadır.

Azərbaycan bölgədə sülhü təmin edən dövlətə çevrilib

8 İyun 2017 13:37

Hazırda  Azərbaycan dünyanın, xüsusən, Cənubi Qafqaz regionunun ən sabit və təhlükəsiz ölkələrindən biri hesab olunur. Bu faktı son vaxtlar Azərbycanda keçirilən beynəlxalq tərdbirlərin və  ölkəmizə səfər edən turistlərin sayı bir daha təsdiqləyir. Ölkəmiz işğalçı Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə qarşılıqlı maraqlara, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan mehriban qonşuluq siyasəti həyata keçirir.

Türklər niyə deqradasiya olunur?

8 İyun 2017 13:36

Bu gün İslam aləmi, ərəb dünyasında müsəlman ölkələrinin sanki bir-birinə qənim kəsilməsi Qərbin İslam barədə mənfi rəy yaratmaq planlarının sürətlə yayılmasına stimul verir. İranla Səudiyyə Ərəbistanı, ikinci ilə Qətər, Türkiyə ilə Suriya, eləcə də buna oxşar digər örnəklə asanlıqla Islam barədə mənfi, qaniçən bir din obrazı yaratmaq mümkün olur.

Əli Həsənov: Yeni Azərbaycan Partiyası hər bir Azərbaycan vətəndaşının partiyası olmaq ideyasını irəli sürdü və belə də oldu

8 İyun 2017 13:29

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransı keçirilib. Konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP Nərimanov rayon təşkilatının üzvləri, bir sıra dövlət qurumlarının nümayəndələri və millət vəkilləri iştirak ediblər.

Qax-Zaqatala avtomobil yolunda bərpa işləri davam edir

8 İyun 2017 13:27

Azərbaycan Respublikası Prezidentinin sərəncama əsasən, “Azəravtoyol” ASC tərəfindən R16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidənqurulması işləri texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə davam etdirilir.

"Neft Daşları”nda yeni quyu qazılır

8 İyun 2017 13:26

“Neft Daşları” yatağında 2585 nömrəli stasionar dəniz özülündən 2584 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə. “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2800 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft və 2000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Anbarlara təbii qazın vurulması davam edir

8 İyun 2017 13:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişinə əsasən, SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində tədbirlər davam etdirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır.