Gündəm
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Azərbaycana bu il ərzində gələn turistlərin sayı açıqlanıb. Milli Turizm Təbliğat Bürosunun getmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, keçən ilin may ayında Azərbaycana 174 min nəfər, bu ilin mayında isə 211 min turist səfər edib: "Bu, kifayət qədər böyük rəqəmdir və artım böyükdür.
"Həmsədrlərin maraqları Azərbaycanla uzlaşmır" - ŞƏRH
“İndiki şəraitdə həmsədrlərin regiona səfəri sadəcə olaraq plan üzrə həyata keçirilən səfərdir. Bildiyiniz kimi, hər 3 həmsədr öz ölkələrinin XİN başçıları tərəfindən təyin olunurlar və onlar üçün münaqişənin tənzimlənməsi prosesi ilə bağlı hazırlanan ümumi qrafik var ki, onlar da həmin qrafik üzrə hərəkət edərək Azərbaycana, eləcə də Ermənistana gəlirlər”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Baş kardioloq: "Azəbaycanda ürək-damar xəstəlikləri sürətlə artır"
"Son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemioloji xarakter daşıyır və yayılma sürəti artır". Bunu Azərbaycanın baş kardioloqu Faiq Quliyev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda ölkədə 1000 nəfər əhaliyə 4 nəfər arterial hipertenziya xəstəsi düşür: "Ölkədə ürək-damar xəstəliklərindən arterial hipertenziya 40 yaşdan yuxarı insanlarda 40%, 50 yaşdan sonra 50%, 60 yaşdan yuxarı insanlarda isə 60% təşkil edir".
İranda həbs olunan "qadın" terrorçu - VİDEO
İran rəsmilərinin sözlərinə görə, mayın 7-də Tehranda İran parlamentində və Xomeyni məqbərəsində terror aktları törədən terrorçular əraziyə qadın geyimində soxulublar. Terrorçulardan birinin video görüntüləri yayılıb.
Məşhur şirkət əməkdaşı qadını zorladı - Şirkət rəhbəri işdən qovuldu
Uber taksi xidmətinin Asiya qitəsi üzrə məsul şəxsi Eric Aleksandr işdən çıxarılıb. Erik Aleksandr 2014-cü ildə Hindistanda şirkət işçisi olan bir sürücünün qadın müştərini zorladığı hadisəni ört-basdır etməklə günahlandırıldığı üçün vəzifəsindən uzaqlaşdırılıb. Aleksandrın təcavüzə uğrayan qadının həkim hesabatına baxmayaraq hadisə ilə əlaqədar araşdırma aparmadığı iddia edilir.
Bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilib
Terrorizm yenə dünyanı ciddi şəkildə təhdid etməkdədir. Xüsusilə, hazırda dünyanın baş bəlasına çevrilən İŞİD terror təşkilatı yaxın və uzaq ölkə bilmədən, sərhədlər tanımadan öz qanlı aksiyalarını davam etdirir. Hələ beynəlxalq antiterror koalisiyası İraqda və Suriyada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlara başlayarkən sözügedən terror təşkilatının təqiblərdən yaxa qurtarmaq üçün digər regionlara transfer edəcəyi bildirilirdi.
Beynəlxalq Hava Limanında “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başladı
İyunun 8-də “Azərbaycan Hava Yolları” QSC və “ABAD” publik hüquqi şəxsin əməkdaşlığı çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanının “Duty Free” zonasında milli əl işlərinin təqdim olunduğu “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
Səltənət Ağayeva Bursada təlim kurslarında
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva Türkiyənin Bursa şəhərində 20 günlük ezamiyyətdə olub. Akademiyadan “Olaylar” – a bildirlib ki, o, Azərbaycanda yayılmış zeytun nümunələrində genetik müxtəlifliyin tədqiqi məqsədilə Uludağ Universitetinin Ziraat fakültəsində keçirilən təlim kursunda iştirak edib.
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi uğurla davam etdirilir
Son bir neçə ildə dünyada hökm sürən qlobal maliyyə böhranı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşması qeyri-neft sektorunun inkişafını daha da sürətləndirilməsini zərurətə çevirib.
“Elektron hərrac”larda iştirak kifayət qədər sadədir
Azərbaycanda özəlləşdirmə prosesində iştirak etmək olduqca asan və əlçatandır. Xüsusən, ölkədə tətbiq edilən “Elektron hərrac”larda iştirak kifayət qədər sadədir. Məhz bunun nəticəsidir ki, hazırda ölkə vətəndaşları ilə yanaşı, əcnəbilər də özəlləşdirmə prosesində fəal iştirak edirlər.
Rusiya XİN: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti dəqiqləşdirəcək
ATƏT Minsk qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Koreya prezidenti Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
Koreya Respublikasının prezidenti Mun Ce-in Şimali Koreyanın bu gün baş tutan raket sınağı ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Prezident ofisinin yaydığı məlumatda deyilir ki, Mun Ce-inin dövlət başçısı kimi ilk dəfə sədrlik etdiyi iclasda Şimali Koreyanın son günlər bir neçə raket sınağı ilə bağlı müvafiq addımların atılması məsələləri müzakirə olunur.
Türkiyədə polis əməliyyata başladı - Bu dəfə BANKLARDA
Türkiyədə polis Fəthulla Gülən tərəfdarlarına qarşı yeni əməliyyat keçirib. Əməliyyatlar Türkiyənin iri banklarında – “Kalkınma Bankası”, “Bank Asya”, “İller Bankası”, o cümlədən Mərkəzi Bankda aparılıb. Aparılan əməliyyat nəticəsində 20-dən çox adamın saxlanıldığı bildirilib. Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib.
Tehranda terror aktları törədənlərin şəxsiyyəti müəyyənləşib
Ötən gün İranın paytaxtı Tehranda terror aktları törədənlərin şəxsiyyəti müəyyənləşib. Yaxın vaxtlarda İranın İnformasiya Nazirliyi terrorçuların şəxsiyyəti barədə məlumatı və onların fotolarını yayacaq.
İranın Azərbaycandakı səfirliyi terror aktı ilə bağlı açıqlama yayıb
İranın Azərbaycandakı səfirliyi İranda baş vermiş terror hadisəsi ilə bağlı açıqlama yayıb. Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfirlik hadisəni pisləyərək bildirir ki, İran yarandığı gündən indiyədək bir çox acı hadisənin şahidi olub: "Bu gün İran sabitliyə məhz terrorizmlə mübarizə və daxili təhlükəsizliyini qorumaq nəticəsində müyəssər olub. İran regionun ən sabit və demokratik ölkələrindən biridir.














