Rusiya XİN: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti dəqiqləşdirəcək
ATƏT Minsk qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
8 İyun 2017 12:41 SiyasətATƏT Minsk qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, həmsədrlərin iyunun 10-u Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır. Həmsədrlər daha sonra Dağlıq Qarabağa səfər edəcəklər. Bir həftə sonra isə onların Bakıya səfəri nəzərdə tutulub.M.Zaxarova qeyd edib ki, bu səfərlər nəticəsində birgə bəyanat yayımlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31