Laos Prezidenti Zəfər parkını ziyarət edib
14:17 SiyasətLaos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Bakıda Zəfər parkını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb .
Laos Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31