Gündəm
Tehranda terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb - YENİLƏNİB
Tehranda baş vermiş terror hadisələri nəticəsində ölən və yaralananların sayı artıb. İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Əhməd Şücai bildirib ki, terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. O əlavə edib ki, ölənlərdən 3 nəfər qadındır.
Rus jurnalistin Qarabağ sualı Nalbandyanı yerin DİBİNƏ SOXDU: “Nə vaxt...”
Rusiyalı jurnalist mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana şillə effekti yaradan sual verib. E.Nalbandyanın italiyalı həmkarı Angelino Alfano ilə Romadakı görüşdən sonra keçirdiyi mətbuat konfransında rusilı jurnalist erməni nazirə “İşğal etdiyiniz Azərbaycanın torpaqlarından nə vaxt çıxacaqsınız?” deyə sual verib.
Putin etiraf etdi: "Müharibə etsək, heç kim sağ qalmaz"
Məşhur rejissor Stona müsahibə verən Rusiya prezidenti Putin maraqlı açıqlaması ilə diqqət çəkib. Vladimir Putin ABŞ-lı rejissor Oliver Stona bir sənədli film üçün verdiyi müsahibədə "Nüvə gücləri - Rusiya və ABŞ arasında müharibə baş verəcəyi halda kiminsə sağ qalacağını düşünmürəm" ifadələrini işlədib.
Messi Ronaldu haqda: "Bizi üz-üzə qoymaq..."
Həm Ronaldu, həm də mən bir-birimizin oyunundan əlavə güc alırıq. Bizi üz-üzə qoymaq istəyənlərdən xəbərdarıq və bundan narahat deyilik. Bu sözləri Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi deyib. Sabah Braziliya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Argentina millisi qarşılaşmanın hazırlıqlarını Çində keçirib. "Tanqoçular"ın kapitanı jurnalistlərə müsahibəsində əvvəlcə "Real"ın hücumçusu Kriştianu Ronaldu ilə müqayisəsinə münasibət bildirib.
Azərbaycanda "Son Zəng"ə hazırlaşan məktəblilərin FACİƏSİ: İKİSİ DƏ ÖLDÜ
Dünən səhər saatlarında Lənkəran rayonunda baş vermiş dəhşətli qəzada ölən şəxslərin hər ikisinin məktəbli olduğu üzə çıxıb. Liman şəhər İ.Mahmudov adına 1 saylı məktəbin 11-ci sinif şagirdi olan 2000-ci il təvəllüdlü Səfərli Xalid Xaliq oğlu dostu, qonşu Qumbaşı kəndindəki məktəbdə 11-ci sinifdə oxuyan 17 yaşlı Kənan Səfərovla birgə səhər saatlarında dərsdən qaçıb.
Mühafizəçilər mağazaya hücum etdilər - Bakıda qarşıdurma - VİDEO
Bu gün səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən "Safastore" mağazasına hücum edib.
Çoxmənzilli binalar necə idarə olunacaq?
Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilir. Məlumata görə, Azərbaycan prezidentinin təşəbbüsü ilə Mənzil Məcəlləsinə yeni 141-1 (Çoxmənzilli binanın idarə edilməsi qaydası) maddəsinin əlavə edilməsi təklif edilir. Yeni maddəyə görə, Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.
Azərbaycanda hostellərin fəaliyyət göstərməsi üçün yeni şərtlər qoyulacaq
Azərbaycanda hostellərin fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.
“Uşaqlardan uşaqlara” adlı qala konsert
İyunun 7 – də Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi il ərzində öyrəndiklərini tamaşaçılara təqdim etdi. Filarmoniyadan “Olaylar” – a bildirlib ki, proqram olduqca zəngin və rəngarəng idi. Multikultral dəyərlərə hər zaman xüsusi diqqətlə yanaşan Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu dəfə də ənənəsinə sadiq qalaraq Azərbaycan xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqs və mahnılarına da müraciət edilib. Bu dəfəki konsertin həm aparıcıları, həm də iştirakçıları məhz uşaqlar özləri oldular. Proqram Eldar Mansurovun “Azərbaycan süitası” ilə başladı. Səhnəyə ilk olaraq qız və oğlanlardan ibarət rəqs ansamblı çıxdı. Daha sonra isə bir-birinin ardınca konsertin bütün iştirakçıları möhtəşəm çıxışlarını tamaşaçılara təqdim etdi.
Nazirdən turizm bazarındakı qiymətlərlə bağlı- AÇIQLAMA
Azərbaycanda turizm bazarında mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevjurnalistlərə deyib. Nazir deyib ki, internetlə bütün rayonlar üzrə qiymətlərin təhlili aparılıb: "Elə rayonlar, məkanlar var, orada adamları 10-30 manata yerləşdirirlər.
Parisdə Vaqif Səmədoğlunun xatirəsi
Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş xatirə gecəsində, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şerlər toplusu təqdim olunub.
Terror Tehranın Yaxın Şərqdə apardığı siaysətə qarşı yönəlib
İrana qarşı həyata keçirilən terror aksiyaları rəsmi Tehranın Yaxın Şərqdə apardığı siaysətə qarşı yönəlib. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
Nobel mükafatı sahibi Bakıya gəlir
Yaxın günlərdə 2015-ci ilin Nobel mükafatı sahibi, professor doktor Əziz Sancar Azərbaycana səfər edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyindən daxil olub. Bildirilib ki, Əziz Sancarın Bakıda bir sıra görüşlər keçirməsi nəzərdə tutulub. Həmçinin Nobel mükafatının sahibinin Azərbaycanda olduğu müddətdə Bakı Atatürk Liseyinə də baş çəkəcəyi və təhsil ocağının müəllim və şagird heyəti ilə görüşəcəyi gözlənilir.
Gender bərabərliyi ilə bağlı ikinci konfrans keçiriləcək
İyunun 12-dən 13-dək Vyana şəhərində gender bərabərliyinin nəzərdən keçirilməsi üzrə 2-ci konfrans keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd ATƏT-in gender bərabərliyi üzrə öhdəliklərinin nəzərdən keçirilməsi və gələcək addımlar üçün təkliflərin müzakirəsidir. Konfrans yüksək səviyyəli panel və işçi sessiyalarından ibarət olacaqdır.
Məktəblilər arasında məntiq yarışması keçirilib
Paytaxt məktəbliləri arasında “Universitet-məktəb əməkdaşlığı” layihəsi çərçivəsində məntiq yarışması keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 232 nömrəli məktəbin təşəbbüsü ilə yarışma Xəzər Universitetində təşkil olunub.














