Ermənistanda COP-17 xərcləri ilə bağlı narazılıq: milyonlarla dollarlıq vəsait sual altındadır – ÖZƏL
14:23 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanda müxalifətdə olan "Güclü Ermənistan" fraksiyasının deputatları COP-17 konfransının təşkili üçün ayrılan vəsaitlərin həddindən artıq və əsassız olduğunu bildiriblər.
Deputat Asmik Yengoyanın sözlərinə görə, hökumət tədbirə ümumilikdə nə qədər vəsait xərcləməyi planlaşdırdığını dəqiq izah edə bilmir.
Onun açıqlamasına görə, konfransın keçiriləcəyi "Meridian Holdinq" şirkətinə 10,8 milyard dram (təxminən 30 milyon dollar) ayrılıb. Bundan başqa, "Dopinq Speys" şirkətinə tədbirin təşkili üçün 5 milyon dollardan çox vəsait verilib. Müxalifət nümayəndələri bəzi müqavilələrdə texniki detalların olmadığını və xərclərin əsaslılığını qiymətləndirməyin mümkün olmadığını bildiriblər.
Deputatlar mümkün əsassız xərclərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırırlar.