Gündəm

Gürcüstanda keçirilən turnirdən daha 1 qızıl və 1 gümüş medal

8 İyun 2017 11:55

Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir başa çatıb. AGF-dən “OLAYLAR”-a bildirilib ki, Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edib. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında yarışlarda iştirak edən güləşçilərimiz ikinci yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıb.

Britaniyada növbədənkənar parlament seçkiləri başladı

8 İyun 2017 11:53

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir. Yerli vaxtla saat 07:00-da bütün ölkədə 40 mindən çox seçki məntəqəsi açılıb. Seçkilərdə 46,4 milyon seçicinin səs verəcəyi gözlənilir.

Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edilib

8 İyun 2017 11:49

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mitsubishi Airtrek” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerində sağ və sol örtüklərin altından gömrük nəzarətindən gizlədilən 31 qutu pirotexniki vasitə və 2000 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Şahin Müstafayev: “Milli valyutamız öz yerini tapmaqdadır”

8 İyun 2017 11:47

“Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi, xarici şokların təsirinin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində ciddi addımlar atılır”. “Olaylar” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan -Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib.

İqtisadiyyat naziri Ukraynanın Azərbaycandakı səfiri ilə müzakirələr aparıb

8 İyun 2017 11:45

İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu və dövlət başçılarının əməkdaşlığın inkişafına xüsusi önəm verdiyi qeyd edilib.

Azərbaycanın 3-cü xarici ölkədə ticarət nümayəndəsi təyin olunub

8 İyun 2017 11:44

Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib. Bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasında və Çin Xalq Respublikasında Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.

Gözlədi, əri yuxuya gedən kimi onu öldürdü

8 İyun 2017 11:39

Türkiyənin Sinop rayonunda 27 yaşlı Şengül Yeşilbaş ona şiddət göstərən ərini yatarkən ürəyindən bıçaqlayıb. Sinopun Erfelek mahalı Bektaşağa kəndində üç il əvvəl Nəcib Yeşilbaş (27) ilə evlənən Şengül Yeşilbaş (27) , qayınanası və qayınatası ilə eyni evdə yaşamağa başlayıb.

Kənan M.M. Pərvin Abıyevaya görə hər kəsi qarşısına aldı: "Biz öz hisslərimizi..."

8 İyun 2017 11:28

Kənan M.Mahmudov “Maşın” realiti şouda aktirsa Pərvin Abıyeva ilə bağlı baş verən qalmaqallara aydınlıq gətirib. Rejissor dostunu heç zaman yarı yolda qoymayacağını etraf edib. Sosial şəbəkədə ürəyini boşaldan Kənan M.M. məşhur dostu haqqında bunları yazıb: “Biz heç kimi dar günündə yarı yolda qoyub qaçmadıq, sadəcə yolun sonuna qədər bizimlə gəlmək istəməyənlər oldu.

Rus əsgərləri görünməz olacaq - İNANILMAZ YENİLİK

8 İyun 2017 11:27

Rusiyanın Saratov Dövlət Universitetindən olan alimlər maraqlı layihəyə imza atıblar. Mütəxəssislər əldə olunan xüsusi materiallarla hazırlanacaq uniformaların rus əsgərlərini düşmən cihazlarından qoruyacağını bildiriblər. Alimlər iddia edir ki, xüsusi uniforma əsgərləri düşmənin xüsusi texnikası qarşısında gözünməz edəcək.

İrəvanın planları ALT-ÜST OLDU: Trampın Sarkisyanın zənglərinə cavab verməməsinin SİRRİ

8 İyun 2017 11:23

ABŞ prezidenti Donald Tramp Ermənistan prezidenti Serj Sarkisyana sözün həqiqi mənasında məhəl qoymur. Tramp Ağ Evə gələndən sonra Azərbaycan və Gürcüstan prezidentlərinə isti münasibəti ilə seçilir, lakin Cənubi Qafqazın digər ölkəsi olan Ermənistanı sanki qaralama kağız kimi əzərək, ofisindəki zibil yeşiyinə tullayıb. Halbuki, ABŞ-da erməni diasporu və lobbisinin gücünü nəzərə alsaq, Tramp Sarkisyanla çoxdan görüşməli, heç olmasa telefonla danışmalı idi.

Əkbər Qoşalı Qətər böhranından danışdı

8 İyun 2017 11:19

“ABŞ-ın yeni prezidenti Donald Trampın ilk səfər etdiyi xarici ölkə - Səudiyyə Ərəbistanı, bu günlərdə öz soy və din qardaşı olan Qətərə qarşı diplomatik savaş açmış ölkələrin başında gəlir. Bir qədər ədəbi üslubda desək, cənab Tramp, bu ölkədə yerə enən uçağının trapından yenicə düşüb-qalxıbsa, sizcə bu diplomatik savaş təsadüf sayıla bilərmi? Əgər təsadüf deyilsə, o zaman bu olanlar planlaşdırılmış və məhz bugünlərdə üzə çıxması məqbul sayılmış bir siyasi gedişdir”. Bunu  Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Aİ nümayəndəsi: "Hazırda Azərbaycanla tərəfdaşlıq prioritetlərini müzakirə edirik"

8 İyun 2017 11:15

"Avropa İttifaqı Azərbaycana ən böyük sərmayə qoyan tərəfdir. Söhbət 7 milyard avro birbaşa investisiyadan gedir". Bunu Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının "Şərq tərəfdaşlığı" departamentinin direktoru Lourens Meredit 3-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu rəqəmdən 2,5 milyard avro qeyri-neft sektoruna yönəlib: "Biz Azərbaycanın iqtisadi diversifikasiyada qətiyyətli olduğunu görürük. Avropanın 300-dən çox şirkəti Azərbaycanda bizneslə məşğul olur". 

ABŞ-ın Ukraynadakı səfirliyinin ərazisində partlayış törədilib

8 İyun 2017 11:12

ABŞ-ın Ukraynadakı səfirliyinin ərazisində partlayış törədilib. Hadisə paytaxt Kiyevin Şevçenko rayonunda baş verib. Hüquq-mühafizə orqanları "terror aktı" maddəsi ilə cinayət işi açıb. 

Malena Mard: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatlar aparılır"

8 İyun 2017 11:10

"Ümid edirəm ki, AzərbaycanlaAvropa İttifaqı arasında imzalanması planlaşdırılan yeni saziş əməkdaşlığımızı daha da genişləndirəcək". Bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard 3-cü Aİ-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

İraq kürdləri müstəqilliyə hazırlaşırlar

8 İyun 2017 11:07

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hakimiyyət dairələri bölgənin dövlət müstəqilliyi ilə bağlı referendumun keçiriləcəyi vaxtı açıqlayıblar. İraq Kürdüstanının prezidenti Məsud Bərzaninin köməkçisi Hemin Xəvranın dediyinə görə, plebissit sentyabrın 25-də olacaq. Region sakinləri İraqın tərkibində geniş səlahiyyətlərə malik muxtariyyət kimi qalmağa və ya tam müstəqil olmağa səs verməlidirlər.