Əkbər Qoşalı Qətər böhranından danışdı
“ABŞ-ın yeni prezidenti Donald Trampın ilk səfər etdiyi xarici ölkə - Səudiyyə Ərəbistanı, bu günlərdə öz soy və din qardaşı olan Qətərə qarşı diplomatik savaş açmış ölkələrin başında gəlir. Bir qədər ədəbi üslubda desək, cənab Tramp, bu ölkədə yerə enən uçağının trapından yenicə düşüb-qalxıbsa, sizcə bu diplomatik savaş təsadüf sayıla bilərmi? Əgər təsadüf deyilsə, o zaman bu olanlar planlaşdırılmış və məhz bugünlərdə üzə çıxması məqbul sayılmış bir siyasi gedişdir”. Bunu Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
8 İyun 2017 11:19 Siyasət"ABŞ-ın yeni prezidenti Donald Trampın ilk səfər etdiyi xarici ölkə - Səudiyyə Ərəbistanı, bu günlərdə öz soy və din qardaşı olan Qətərə qarşı diplomatik savaş açmış ölkələrin başında gəlir. Bir qədər ədəbi üslubda desək, cənab Tramp, bu ölkədə yerə enən uçağının trapından yenicə düşüb-qalxıbsa, sizcə bu diplomatik savaş təsadüf sayıla bilərmi? Əgər təsadüf deyilsə, o zaman bu olanlar planlaşdırılmış və məhz bugünlərdə üzə çıxması məqbul sayılmış bir siyasi gedişdir". Bunu Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
"Siyasi gediş" deyirik amma bugün Tehranda yaşanan qanlı olaylar, strateji önəmi ərazisinin kiçikliyini kölgədə qoyan Qətərlə rəsmi Tehran arasındakı münasibətlər fonunda bölgədə yeni münaqişə ocağının qalandığını özünəməxsus şəkildə göstərməkdədir. Qətər yetkililərinin "Hizbullah"la, "Hamas"la bağlı açıqlamaları, bu açıqlamalarda onları terrorçu kimi deyil, "dirəniş" birlikləri olaraq qələmə vermələri kimində sual doğururdusa, kimini də cavab tədbirləri görməyə sövq edirdi.
Üstəlik, "oyun içində oyun" var kimi görünür. Baxın, bu son olaylardan xeyli öncə Qətər haqqında "ABŞ-ın forpostu" olaraq, yaxud Batı Avropa ilə əməkdaşlıq edən ölkə olaraq danışılırdısa, ayrıca, "İxvan-ül Müslimin" Hərəkatına yetərincə siyasi-ideoloji dəstək verdiyi qeyd olunurdusa, bu sünni ərəb ölkəsinin birdən-birə qatı şiə ideolojili rəsmi Tehranla bağlı olan təşkilatlara üz çevirməsini necə anlamaq olar? İstər bunu bölgədəki ərəb rəqabəti ilə, İsrail amili ilə bağlı, yenə də, birxətli deyil, çoxvektorlu, dərin hərbi-siyasi oyunun mövcudluğundan danışmalıyıq. Ya Səudiyyə Ərəbistanı ABŞ prezidentinin səfərini özləri üçün uğurlu sayıb da, qan və din qardaşları olsa da, rəqabət içində olduqları Qətərlə məzhəbdən, iqtisadi maraqlardan və s. irəli gələn - illərlə yığılmış məsələləri öz xeyrinə bitirmək istəyir ya da ABŞ öndərliyində "Ərəb baharı"nın yeni səhifəsi açılır. "Ərəb baharı"nın "rus qışı" yaşandıqdan sonra, "Ərəb payız"ı yaşanmalıydı. Payız isə məhsul deməkdir, sonuc deməkdir - bi coğrafiyaya atılan bombalar, tökülən qanlar öz "meyvə"lərini verməliydi... Bu "qanlı meyvə"lər gələcəkdə - İlahi qatda heç kimə uzunmüddətli xeyir gətirməsə də, çox təəsüflər, bugün o meyvələrin peşində olan ölkələr vardır..!
Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, ardınca Yəmən, Liviya, Maldiv, Mavrikiyin... terror təşkilatlarına, onların adıkeçən ərəb ölkələrində daxili durumu gərginləşdirmək yönündə çabalarına dəstək verməkdə ittiham etdikləri Qətərlə diplomatik əlaqələri kəsməsindən daha sayılı günlər keçməmiş, vektorların ərəb coğrafiyasından qonşu torpaqlara da yönəldiyini deyən təhlilçilər haqlı çıxmaqdadır.
Bizim təmənnimiz ilk növbədə Azərbaycanımızın, dünya azərbaycanlılarının, türk dünyasının, İslam aləminin, nəhayətdə insanlığın, dünyanın münaqişlərdən, qandan-qadadan mümkün olduğu qədər uzaq olması ilə bağlıdır. Cari ili "İslam Həmrəylik İli" elan etmiş, keçən ay böyük başarı ilə "IV İslam Həmrəylik Oyunları"na evsahibliyi etmiş respublikamız, əlbəttə, barışın, anlaşmanın, inkişaf və tərəqqinin yanındadır, bir çox hallarda isə müsbət tendensiyaların, hadisələrin iştirakçısı, yaradıcısıdır.
Biz, əlbəttə, alovu, atəşi sınırımıza ən yaxın ölkəyə qədər sıçramış münaqişə ocağı istəmirik. Biz terrordan, separatizmdən, işğaldan artqılaması ilə zərər görmüş bir ölkənin vətəndaşları olaraq, səsimizin eşidlidyi, sözümüzün çatdığı, əlimizin uzandığı qədər, barış deyirik, dialoq deyirik, həmrəylik deyirik, birgə yaşayış deyirik.
Bu olub-bitənlər bir daha göstərir ki, vətəndaşlarımız öz dövlətimizə daha sıx bağlı olmalıdır. Şair demiş: Sevin Azərbaycanı, Azərbaycanı Sevin!". Sia.az