Britaniyada növbədənkənar parlament seçkiləri başladı

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir. Yerli vaxtla saat 07:00-da bütün ölkədə 40 mindən çox seçki məntəqəsi açılıb. Seçkilərdə 46,4 milyon seçicinin səs verəcəyi gözlənilir.

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir. Yerli vaxtla saat 07:00-da bütün ölkədə 40 mindən çox seçki məntəqəsi açılıb. Seçkilərdə 46,4 milyon seçicinin səs verəcəyi gözlənilir. Seçkilərin yekun nəticəsinin iyunun 9-u səhər saatlarında açıqlanacağı bildirilir. Səsvermənin yekunu üzrə 650 deputatın daxil olduğu İcmalar Palatasının yeni tərkibi müəyyənləşəcək. Deputat mandatlarının yarıdan çoxunu qazanan partiya hökuməti formalaşdırmaq hüququ əldə edəcək. Əsas intriqa Baş nazir Tereza Meyin sədri olduğu Mühafizəkarlar Partiyasının yaxın 5 ildə sükan arxasında qalıb-qalmayacağı ilə bağlıdır. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31