İraq kürdləri müstəqilliyə hazırlaşırlar
İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hakimiyyət dairələri bölgənin dövlət müstəqilliyi ilə bağlı referendumun keçiriləcəyi vaxtı açıqlayıblar. İraq Kürdüstanının prezidenti Məsud Bərzaninin köməkçisi Hemin Xəvranın dediyinə görə, plebissit sentyabrın 25-də olacaq. Region sakinləri İraqın tərkibində geniş səlahiyyətlərə malik muxtariyyət kimi qalmağa və ya tam müstəqil olmağa səs verməlidirlər.
8 İyun 2017 11:07 Dünyaİraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hakimiyyət dairələri bölgənin dövlət müstəqilliyi ilə bağlı referendumun keçiriləcəyi vaxtı açıqlayıblar. İraq Kürdüstanının prezidenti Məsud Bərzaninin köməkçisi Hemin Xəvranın dediyinə görə, plebissit sentyabrın 25-də olacaq. Region sakinləri İraqın tərkibində geniş səlahiyyətlərə malik muxtariyyət kimi qalmağa və ya tam müstəqil olmağa səs verməlidirlər.
Kürd məmurların dediklərinə görə, referendumun keçiriləcəyi ərazilərə onlar Kərkükü və bu şəhərin ətrafını da daxil ediblər. Hazırda həmin bölgəyə kürdlərin silahlı birləşmələri olan "peşmərgə"lər nəzarət etsələr də, Kərkük şəhərini rəsmi Bağdad kürd ərazisi hesab etmir. Milli.Az Al Jazeera-ya istinadən xəbər verir.