Gündəm

Kəşfiyyat hökumət binalarını tutdu, Qərbə sığınan adam öldürüldü - MƏXFİ ƏMƏLİYYAT

8 İyun 2017 11:03

SSRİ ilə birgə arxivə göndərilən "KQB" - Dövlət Təhlükəsizlik Komitəsi səs-küylü əməliyyatları ilə yadda qalıb. Lakin bu əməliyyatlar gizli saxlanılırdı, çünki hər biri uğurlu olub. Allen Dallesin təbirincə desək, "xüsusi xidmət orqanları uğurlu əməliyyatlar haqda susurlar, lakin uğursuz əməliyyatlar haqda özləri hər şeyi açır".

“Səma” rəqs ansamblı hesabat verdi

8 İyun 2017 09:56

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” rəqs ansamblının hesabat konserti keçirilib.  Baş İdarədən “Olaylar” – a bildirilib ki, aparıcı Humay Muxtarova konsert proqramını açıq elan edərək, “Səma” rəqs ansamblının il ərzində qazandıqları nailiyyətlərdən məlumat verib. Daha sonra video-çarx nümayiş olunub. Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Zavodda partlayış

8 İyun 2017 09:50

indistanda fişəng istehsal edən zavodda güclü partlayış baş verib. Hadisə Madya-Pradeş ştatında, Balaqhat rayonunda qeydə alınıb. Partlayış nəticəsində 20 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb. Yanğınsöndürənlər zavoddakı yanğını 2 saata söndürüblər. Hadisə yerində 20 yanmış cəsəd aşkarlanıb.

Həbsxanada qiyam

8 İyun 2017 09:48

Meksikanın Tamaulipas ştatının Syudad-Viktoriya şəhərindəki həbsxanada atışma olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının silahlı məhbuslarla atışması təxminən 2 saata qədər davam edib. Nəticədə 7 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.

Alimlər: Emosiyaların coşması orqanizmi taqətdən salır

7 İyun 2017 20:03

Sən demə, ünsiyyət tələb edən peşələr, məsələn, həkimlik, müəllimlik, satıcılıq, dəlləklik, kassirlik müəyyən mənada təhlükəli, hətta sağlamlıq üçün ziyanlı peşələrdir. Belə peşələrin təhlükəli olması daim danışmaq və vəziyyətə uyğun hərəkət etmək zərurətinin yaratdığı sinir pozğunluğu ilə bağlıdır.

ABŞ alimləri: Xoşbəxt insanlar ətrafdakıları da xoşbəxt edirlər

7 İyun 2017 19:56

Amerika alimlərinin gəldikləri qənaətə görə, ətrafı insana hətta çəki, sağlamlıq, zənginlik, sosial durum və uzunömürlülük kimi parametrlərdə təsir göstərir. Bu, indiyədək ən uzun sürən sosial tədqiqatın gəldiyi əsas nəticədir.

Hədsiz işgüzarlıq psixi problemlər yaradır...

7 İyun 2017 19:50

Alimlər aydınlaşdırıblar ki, ifrat işgüzarlıqdan daha çox rəhbər işçilər, biznesmenlər, həkimlər, hüquqşünaslar, müəllimlər, yaradıcı peşələrin nümayəndələri əziyyət çəkirlər. Müasir işgüzar insanı qayda-qanuna rəğbət, məsuliyyət hissi, inadkarlıq və səbirli olmaq kimi məziyyətlər fərqləndirir. Əslində, burada xoşagəlməz heç nə olmasa da, durmadan artan səhv etmək qorxusu, istirahət etməyi, rahatlanmağı bacarmamaq hissi son nəticədə ağır stressə, qan təzyiqinin yüksəlməsinə, çəkinin artmasına, alkoqollu içkilərə və nikotinə aludə olmağa gətirib çıxarır.

Maraqlı iddia: Albalı şirəsi yuxugətiricidir

7 İyun 2017 19:45

Nyu-Yorkdakı Roçester Universitetinin alimləri zərərsiz yuxugətirici vasitə kimi albalı şirəsindən istifadə etməyi məsləhət görürlər. Mütəxəssislər təcrübədə iştirak edən könüllüləri iki dəstəyə bölüb, birincisinə albalı şirəsi, digərinə isə başqa meyvələrin şirəsini veriblər. Onlar səhər və axşam bir stəkan şirə içiblər. Ekspermientin nəticələri göstərib ki, şəkər qatılmamış albalı şirəsi içənlər yoldaşlarına nisbətən 17 dəqiqə çox yatıblar.

Bunu bilirdiniz?- Pişik səadət bəxş edir

7 İyun 2017 19:40

Pişiklərin qeyri-adi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədim Misirdə pişiyə Ay ilahəsi, o cümlədən məhəbbət, sevinc, məhsuldarlıq və analıq ilahəsi olan Bastın təcəssümü kimi sitayiş edirdilər. İnanclara görə, pişiyi incitmək olmaz, çünki etdiyin pislik mütləq qarşına çıxacaqdır. Təsadüfən pişiyi öldürmüş bir misirlinin ölüm cəzasına məhkum edilməsi barədə tarixi fakt mövcuddur. İlahənin qəzəbindən, gələcək nəsillərin bu qəzəbin qurbanı olacağından ehtiyat edən ən yaxın qohumları belə ondan üz döndərmişdilər.

Dünyada ən tutumlu batareya ilə təchiz edilmiş smartfon satışa çıxarılıb

7 İyun 2017 19:36

Çinin “OUKITEL” şirkəti yeni “K10000 Pro” smartfonunu təqdim edib. “K10000 Pro” smartfonunda akkumulyator batareyasının tutumu adından göründüyü kimi, 10 min milliamper/saat təşkil edir. Bu o deməkdir ki, gözləmə rejimində smartfon 770 saatadək və ya 33 gün işləyə bilir. Güclü adapter sayəsində 2,5 saat ərzində aparatın akkumulyatorunu 100% səviyyəsində enerji ilə doldurmaq olar. “K10000 Pro”, həmçinin istifadəçiləri öz görünüşü və məhsuldarlığı ilə heyrətləndirir. Smartfon təbii buzov dərisindən işlənib və metal korpusa malikdir, 3 QB əməli yaddaş, “ARM Mali-T860” qrafik çipi və səkkiznüvəli “MT6750T” prosessoru ilə təchiz edilib.

“Facebook” uşaqlar üçün messencer təqdim edəcək

7 İyun 2017 19:27

“Ümumdünya Hörümçək Toru”nda təhlükəsizlik məsələləri yalnız virus və başqa zərərverici proqramlardan müdafiəni deyil, həm də uşaqların arzuolunmaz informasiyadan qorunmasını nəzərdə tutur. Adi saytlar və ya videohostinqlərdə bu məsələ qismən öz həllini tapdığı halda, ancaq sosial şəbəkələrdə azyaşlı istifadəçilərin aktivliyini izləmək son dərəcə çətindir. Bu məqsədlə “Facebook” şirkəti uşaqlar üçün xüsusi messencer istifadəyə vermək niyyətindədir. Bu messencer “Facebook”da hesab yaratmağı tələb etməyəcək, amma valideynlərə öz uşaqlarına nəzarət etməkdə və lazımi təhlükəsizlik səviyyəsini təmin etməkdə kömək edəcək.

Kibercinayətkarların pul tələb edən viruslardan qazancı 1 milyard dollar məbləğində qiymətləndirilir

7 İyun 2017 19:24

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin hazırlanması üzrə ixtisaslaşmış "Trend Micro" şirkətinin məlumatına görə, 2016-cı ilin yekununa görə, kibercinayətkarlar pul tələb edən viruslardan təxminən 1 milyard dollar qazanıblar. Belə zərərverici proqramlar kompüter və mobil qurğularda faylları şifrləyir, həmçinin əməliyyat sisteminin normal işləməsinə mane olur. Bəzi viruslar isə tələb olunan pul ödənilmədiyi halda faylları silir. "Trend Micro" şirkətinin 2016-cı il üzrə qiymətləndirməsinə görə, pul tələb edən proqram sinfinin sayı 752% yüksəlib. Belə viruslardan istifadə zamanı kibercinayətkarlar tərəfindən tələb edilən məbləğ 0,5-5 bitkoin təşkil edib.

Süni intellektli “bulud” proqramları təqdim olunub

7 İyun 2017 19:18

ABŞ-ın “Oracle” korporativ proqram təminatı istehsalçısı süni intellektə malik “Adaptive Intelligent Apps for CX” əlavələrini təqdim edib. Proqramlar elektron ticarət, marketinq, satış və servis sahəsində peşəkarlara müştəri ilə iş müddəti ərzində real vaxt rejimində keyfiyyəti artırmağa kömək məqsədi daşıyır. “Adaptive Intelligent Apps for CX” məlumatları “Oracle Data Cloud” “bulud” platformasından alır. “Oracle” nümayəndələrinin sözlərinə görə, platforma dünyada 5 milyard fərdi şəxs və şirkətin istifadə etdiyi və gündəlik 7,5 trilyon məlumat daxiletmə sorğusunun qeydə alındığı iri qlobal informasiya meydançasıdır.

“Android” mobil əməliyyat sisteminin ən populyar versiyası məlum olub

7 İyun 2017 19:10

“Marshmallow 6.0” əməliyyat sistemi ilk dəfə “Android” sistemi bazarında ən geniş yayılmış platforma adına layiq görülüb. Bu haqda iyunun 5-nə olan yeni statistikada qeyd edilib. Hazırda “Marshmallow 6.0” versiyasının bazar payı 31,2 % təşkil edir. Son ayda bu göstərici dəyişməyib. Amma “Lollipop” (5.0 və 5.1) versiyasının bazar payı azalaraq 30,8 % təşkil edib. 18,1% bazar payına malik “KitKat 4.4” versiyası ilk üçlükdə yerləşib.

Yeni “Microsoft” smartfonu barədə məlumatlar açıqlanıb

7 İyun 2017 19:05

“Microsoft” korporasiyası Çinin “Bilibili” videoservisindəki rəsmi hesabında istehsal ediləcək yeni smartfon haqqında təsadüfən məlumat dərc edilib. Bir müddət sonra məlumat silinib, lakin onun keşlənmiş surəti müxtəlif saytlar tərəfindən oxuculara təqdim edilib. Məlumata görə, “Surface Phone” adlanacaq qurğu “Continuum” rejimində təsviri istənilən düz səthə proyeksiya edə biləcək quraşdırılmış proyektorla təchiz ediləcək. Bununla yanaşı, smartfonun bu funksiyadan rahat istifadə üçün xüsusi çıxarılabilən altlığa malik olacağı ehtimal edilir.