Maraqlı iddia: Albalı şirəsi yuxugətiricidir

Nyu-Yorkdakı Roçester Universitetinin alimləri zərərsiz yuxugətirici vasitə kimi albalı şirəsindən istifadə etməyi məsləhət görürlər. Mütəxəssislər təcrübədə iştirak edən könüllüləri iki dəstəyə bölüb, birincisinə albalı şirəsi, digərinə isə başqa meyvələrin şirəsini veriblər. Onlar səhər və axşam bir stəkan şirə içiblər. Ekspermientin nəticələri göstərib ki, şəkər qatılmamış albalı şirəsi içənlər yoldaşlarına nisbətən 17 dəqiqə çox yatıblar.

Tədqiqatçılar albalı şirəsinin yuxugətirici təsirini tərkibindəki melatoninlə əlaqələndiriblər. Bu hormon gündəlik yuxu-ayıqlıq siklini tənzimləyir. Yuxunu möhkəmləndirən albalı şirəsi bəzi dərmanlar kimi orqanizmə kənar təsir göstərmir. Odur ki, albalı şirəsindən, eləcə də meyvəsindən dərmanlara alternativ təhlükəsiz natural vasitə kimi istifadə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31