Gündəm
Murad Dadaşov məşhurları HƏDƏLƏDİ: "Tərbiyəmdən şübhəsi olanlar elə eləməsinlər ki..."
Budəfəki sürətdə mən özüm efirdən belə bir ifadə işlətdim ki, hələ "Maşın" ətrafında belə ajiotaj olmamışdı. Amma daha sonra araşdırdıq ki, bundan da səs-küylü, bundan da reytinqli buraxılışlarımız olub. Öz növbəsində, iştirakçılar da bu şou vasitəsi ilə daha da populyar olublar. Pərvini isə bir gözəl xanım kimi çox istəyirəm. O da "Maşın"dan öz payını aldı. Populyarlıq payını... Artıq o, sıradan bir gözəl qız deyil, həm də məşhur oldu.
Azərbaycanlı alimlər beynəlxalq simpoziumda
AMEA Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehdiyeva, institutun Təhsil şəbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov və doktorant Nigar Mürsəl qızı Kyu Kral Botanika Bağının London şəhərində təşkil etdiyi “Dünyada bitkilərin vəziyyəti” adlı beynəlxalq simpoziumda iştirak ediblər.
Azərbaycanlı rektor İsveçrədə Fəxri professor oldu
İsveçrənin Montro Biznes Məktəbinin Elmi Şurasının qərarı ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev həmin universitetin Fəxri Professoru adına layiq görülüb. Universitetdən “Olaylar” – a bildirilib ki, eyni zamanda Əhməd Vəliyev İsveçrənin Montro Biznes Məktəbinin Xüsusi Komitəsinin Daimi üzvü seçilərək, həmin ali məktəbdə qərarların qəbul edilməsində iştirak etmək hüququ qazanıb.
“Nağıl qəhrəmanlarının festivalı” başlayır
9 iyun Beynəlxalq Dostlar Günüdür. Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Abdulla Şaiq adına Kukla Teatrı ilə Park Bulvar AVM də bu günü 3 günlük festivalla qeyd edəcək.
Fizika İnstitutunda magistrlarla görüş
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 2015-2016-cı il tədris ilində qəbul olunmuş magistrlərin dissertasiya işlərinin müdafiəsi olub. Professor, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyevin rəhbərlik etdiyi Müdafiə Şurasına fizika-riyaziyyat elmləri doktoru Abasət İsayev, fizika-riyaziyyat elmləri doktoru Baxşəli Quliyev, fizika üzrə elmlər doktoru İlham Soltanov, fizika üzrə fəlsəfə doktorları Fərhad Xəlil-zadə, Bəhram Mehdiyev daxil idilər.
Zeynal Əkbərov Hollandiyada
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Niderland Krallığında kənd təsərrüfatı bitkilərinin tədqiqi, seleksiyası və toxumçuluğu üzrə ölkənin ən tanınmış tədqiqat və istehsal müəssisəsi olan Rijk Zvaan şirkətinin dəvəti ilə 4 günlük səfərdə olub.
Moldova Prezidenti İlham Əliyevə məktub göndərib
"İlham Əliyev. İnkişaf-məqsədimizdir" çoxcildliyinin qırx birinci cildi çapdan çıxıb
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar. O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz".
Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb
Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon (yeddi milyon beş yüz min) manat ayrılsın.
Yeni erməni hökuməti: siyasi spekulyasiyalar və ziddiyyətlər
Ermənistanda parlament seçkisində respublikaçıların qalib gəlməsindən sonra meydana yeni problemlər çıxıb. Daşnakların başçılıq etdiyi parlament bloku ilə S.Sarkisyanın Respublika partiyası koalisiya yaratmalıdır. Həm parlamentdə yerlər konkretləşməli, həm də hökumət formalaşdırılmalıdır. Ekspertlər bu yolda İrəvan Ağsaqqallar Şurasına olan seçkinin əhəmiyyətli rol oynayacağını proqnozlaşdırırdılar. Həmin seçki olub və yenə də respublikaçılar qalib gəliblər. Deməli, yeni hökumətin formalaşdırılması ziddiyyətlərdən yaxa qurtara bilməyib. Burada digər faktorlarla yanaşı, siyasi-ideoloji məqam da ciddi rol oynayır. Çünki daşnakların siyasi mövqeləri kifayət qədər radikaldır. Onların XXI əsrin tələblərinə cavab verməyən ideoloji konsepsiyaları vardır.
Tibb bacısı işləyən arvadının xəyanət anını kameraya çəkdi
Türkiyənin Bursa şəhərində yaşayan 41 yaşlı 2 uşaq atası M.P keçən il məşuqu ilə yolda əl-ələ gedərkən fotosunu çəkdiyi 37 yaşlı həyat yoldaşı S.K.-dan boşanıb. Məhkəmə M.P.-nın bu qərarını haqlı sayaraq 10 min lirə tazminatla bağlı hökm çıxarıb.
Təhsil haqlarının ödənilməsi yalnız nağdsız həyata keçiriləcək
Azərbaycanda təhsil haqlarının ödənilməsi qaydası dəyişdirilir. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. Qanunun 38-ci (Təhsil müəssisəsinin maliyyələşdirilməsi) maddəsinə təklif olunan dəyişikliyə əsasən “təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək”. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.
Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti yanğın törədiblər. Alov əsasən Baş Qərvənd və “Gülçülük sovxozu” adlanan ərazidə müşahidə edilir. Yanğının miqyası getdikcə genişlənir, yanğın artıq qoşunların qarşıdurma xəttinə keçib. Yanğının tüstüsü cəbhəyanı bütün yaşayış məntəqələrindən aydın görünür.
Ali məktəbə qəbul ola bilməyən gənclər üçün ödənişli hazırlıq qrupları yaradılacaq
Milli Məclisin Elm və təhsil komitəsində “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihə ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.
Azərbaycan XİN İranda törədilmiş terror aktlarını pisləyib
İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.













