Azərbaycan XİN İranda törədilmiş terror aktlarını pisləyib

İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.

İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31