Azərbaycanlı rektor İsveçrədə Fəxri professor oldu

İsveçrənin Montro Biznes Məktəbinin Elmi Şurasının qərarı ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev həmin universitetin Fəxri Professoru adına layiq görülüb. Universitetdən “Olaylar” – a bildirilib ki, eyni zamanda Əhməd Vəliyev İsveçrənin Montro Biznes Məktəbinin Xüsusi Komitəsinin Daimi üzvü seçilərək, həmin ali məktəbdə qərarların qəbul edilməsində iştirak etmək hüququ qazanıb.

İsveçrənin Montro Biznes Məktəbinin Elmi Şurasının qərarı ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev həmin universitetin Fəxri Professoru adına layiq görülüb. Universitetdən "Olaylar" - a bildirilib ki, eyni zamanda Əhməd Vəliyev İsveçrənin Montro Biznes Məktəbinin Xüsusi Komitəsinin Daimi üzvü seçilərək, həmin ali məktəbdə qərarların qəbul edilməsində iştirak etmək hüququ qazanıb.

Fəxri Diplomu təqdim etmək üçün İsveçrədən Andryu Tasunun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edib. Odlar Yurdu Universitetini ziyarət edən qonaqlar İsveçrənin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə birlikdə Fəxri diplomu professor Əhməd Vəliyevə təqdim ediblər. Eyni zamanda Andryu Tasun səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair Odlar Yurdu Universiteti ilə imzalanmış əməkdaşlıq müqaviləsindən razılığını dilə gətirdi. O, bildirdi ki, riyaziyyat elminin inkişafında, elmi mütəxəssislərin, fəlsəfə və elmlər doktorlarının hazırlanmasında müstəsna xidmətləri olan bir alimə-professor Əhməd Vəliyevə Fəxri Professor adının verilməsi eyni zamanda Azərbaycanın elminə və təhsilinə verilən dəyərin və inamın göstəricisidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31