Fizika İnstitutunda magistrlarla görüş
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 2015-2016-cı il tədris ilində qəbul olunmuş magistrlərin dissertasiya işlərinin müdafiəsi olub. Professor, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyevin rəhbərlik etdiyi Müdafiə Şurasına fizika-riyaziyyat elmləri doktoru Abasət İsayev, fizika-riyaziyyat elmləri doktoru Baxşəli Quliyev, fizika üzrə elmlər doktoru İlham Soltanov, fizika üzrə fəlsəfə doktorları Fərhad Xəlil-zadə, Bəhram Mehdiyev daxil idilər.
7 İyun 2017 18:43 SosialAzərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 2015-2016-cı il tədris ilində qəbul olunmuş magistrlərin dissertasiya işlərinin müdafiəsi olub. Professor, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyevin rəhbərlik etdiyi Müdafiə Şurasına fizika-riyaziyyat elmləri doktoru Abasət İsayev, fizika-riyaziyyat elmləri doktoru Baxşəli Quliyev, fizika üzrə elmlər doktoru İlham Soltanov, fizika üzrə fəlsəfə doktorları Fərhad Xəlil-zadə, Bəhram Mehdiyev daxil idilər. "Nəzəri və riyazi fizika" ixtisaslaşması üzrə magistrların müdafiəsində İnstitutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini akademik Cavad Abdinov, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və AMEA-nın magistratura şöbəsinin rəisi Hüseyn Hüseynov müşahidəçi qismində iştirak ediblər. Bəhruz Süleymanlı və Nurlan Abbaslı elmi rəhbərləri akademik Ənvər Nəhmədov və fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyevin rəhbərliyi ilə dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə ediblər. İyunun 8-də İnstitutun daha iki magistrı dissertasiya işlərini müadifə edəcəklər.