Zeynal Əkbərov Hollandiyada
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Niderland Krallığında kənd təsərrüfatı bitkilərinin tədqiqi, seleksiyası və toxumçuluğu üzrə ölkənin ən tanınmış tədqiqat və istehsal müəssisəsi olan Rijk Zvaan şirkətinin dəvəti ilə 4 günlük səfərdə olub.
7 İyun 2017 18:40 SosialAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Niderland Krallığında kənd təsərrüfatı bitkilərinin tədqiqi, seleksiyası və toxumçuluğu üzrə ölkənin ən tanınmış tədqiqat və istehsal müəssisəsi olan Rijk Zvaan şirkətinin dəvəti ilə 4 günlük səfərdə olub.
Akademiyadan "Olaylar" - a bildirilib ki, Rusiya Federasiyasını və Tacikistan Respublikasını təmsil edən alimlərin, eləcə də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin gənc mütəxəssisi Tofiq Məmmədovun iştirakı ilə həyata keçirilən səfərdə məqsəd adıçəkilən şirkətlə yaxından tanış olmaq, qarşılıqlı material, texnologiya və alim mübadiləsi, birgə tədqiqat və gənc kadrların hazırlanması üzrə əməkdaşlıq imkanlarını araşdırmaq, genetik ehtiyatların toplanılması üzrə birgə ekspedisiyaların təşkili məsələlərini müzakirə etmək və planlaşdırmaq olub. Hər üç ölkədən olan nümayəndələr Rijk Zvaan şirkətinin kənd təsərrüfatı bitkiləri, xüsusən də, biotexnologiyalardan geniş istifadə etməklə tərəvəz bitkilərinin seleksiya və toxumçuluğu üzrə qazandığı çoxillik böyük təcrübəsi, elmi tədqiqat imkanları ilə yaxından tanış ediliblər.