Gündəm

Müəllimlərin iş yerinin eyni rayon və şəhər daxilində yerdəyişməsi başa çatıb

7 İyun 2017 18:10

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi başa çatıb. Təhsil Nazirliyindən  verilən məlumata görə, mayın 26-dan başlayan yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə aparılıb.

Təhsil İdarəsi: 6 yaşı tamam olmayan 6 810 uşaq elektron qeydiyyatdan keçib

7 İyun 2017 18:08

Bakıda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə 6810 uşağın elektron müraciəti mektebeqebul.edu.az saytında qeydə alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, onlardan 2197 nəfəri müsabiqəyə cəlb olunacaq.

İyunun 17-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə buraxılış vərəqəsi verilir

7 İyun 2017 18:06

İyunun 17-də Bakı, Sumqayıt şəhərləri, Naxçıvan Muxtar Respublikası və Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələri, hərbi liseylər və tədris dili ingilis olan məktəblərin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

Məleykə Abbaszadə: “Mərkəzin əsas fəaliyyətlərindən biri dövlət qulluğuna qəbulu şəffaflıq əsasında aparmaqdır”

7 İyun 2017 18:05

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrində təhsil alan bakalavr və magistrlərin, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. DİM-dən APA-ya verilən xəbərə görə tədbir Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli 44 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilib.

Tehranda Rusiya kanalının əməkdaşları saxlanıldı

7 İyun 2017 17:53

Tehranda "Russia Today" telekanalının ərəb versiyasının (RT Arabic) müxbiri və operatoru saxlanılıb. Hadisə parlament binasına hücumla bağlı vəziyyətin işıqlandırılması zamanı baş verib. Onların saxlanılmasının səbəbləri açıqlanmayıb.

Azərbaycan banklarından birinə yeni BAŞ DİREKTOR təyin edildi

7 İyun 2017 17:51

Anar Bayramov "AFB Bank"ın yeni baş direktoru təyin edilib. A.Bayramov daha öncə "Yapi Kredi Bank Azerbaijan"da işləyib. Beləliklə hazırda "AFB Bank" baş direktorların sayı 3-ə çatıb: A.Bayramovdan başqa, Aynur Şirinova və Lalə Quliyeva.

Şok kadrlar: 19 yaşlı qız telefonuna qurban gedəcəkdi - VİDEO +18

7 İyun 2017 17:46

19 yaşlı Pratikşa Natekar dəmiryol stansiyasında relslərin arası ilə perrona tərəf gedirdi. O, qulaqcıqlar vasitəsilə mobil telefonundakı mahnılara qulaq asdığından yaxınlaşan qatarın səsini eşitməyib.

İŞİD İran parlamentində törətdiyi terrorun VİDEOsunu yaydı

7 İyun 2017 17:44

İŞİD terror təşkilatı bu gün səhər Tehranda İran parlamentinə silahlı hücumun videosunu yayıb. Terrorun videosunda hücumun ilk qurbanlarından birinin meyiti görünür və "Allahu Əkbər" sədaları ətrafa yayılır.

"İrandakı terror aktları ölkənin terror təhlükəsi daşıdığı barədə sözlərin əsassızlığını göstərdi"

7 İyun 2017 17:39

İranda baş vermiş faciəvi hadisələr bir daha sübut etdi ki, ABŞ prezidenti Donald Trampın İranın bütün dünyaya terror təhlükəsi daşıdığını bildirən sözləri əsassızdır. Bunu  Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqatı Mərkəzinin elmi işçisi Stanislav Pritçin deyib.

17 min abituriyent 0-99 bal toplayıb - Qəbul imtahanlarının I mərhələsində

7 İyun 2017 17:24

Son 4 il ərzində Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edənlərin keyfiyyət göstəricisi yüksəlib.  Təhsil Nazirliyindən bildirib ki, 2014/2015-ci tədris ilində qəbul imtahanlarında iştirak edən 92 641 abituriyentin keyfiyyət göstəricisi 34,7% idisə, 2015/2016-cı tədris ilində 82 925 abituriyentin keyfiyyət göstəricisi 40%, 2016/2017-ci tədris ilində isə 78 545 abituriyentin keyfiyyət göstəricisi 43,9% olub. 2017/2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının birinci mərhələsində (30 aprel, 7 may) iştirak edən 64 420 abituriyentin keyfiyyət göstəricisi 48,9% təşkil edib.

Binəqdi İcra Hakimiyyəti Sakinlərin Müraciət Xidməti ilə bağlı hesabat açıqladı

7 İyun 2017 17:20

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətində 2017-ci il may ayı üzrə 1967 zəng cavablandırılıb. “OLAYLAR”-ın xəbərinə görə, birbaşa cavablandırılan zənglərin sayı 1459,  yaradılan əks əlaqələrin sayı 666, günlük  orta zəng sayı 63, tərtib edilən şikayət vərəqələrinin sayı 508 olub. Şikayət xarakterli müraciətin 508-nin  icrası təmin edilib, o cümlədən 386-sı və ya 76 %-i tam həll olunub,  72-si və ya 14,2 %-i qismən həll edilib,  50-si və ya 9,8 %-nə müvafiq izahat verilərək həll edilib.

Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq siyasi plüralizmin bariz nümunəsidir

7 İyun 2017 17:15

Azərbaycanda demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması müstəqillik illərindən sonrakı dövrə təsadüf edir. Azərbaycan dövləti prioritet hesab etdiyi vətəndaş cəmiyyətinin formalaşması üçün yaradılan milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır.

İsveçrə Ali Təhsil Məktəbinin prezidenti BANM-də olub

7 İyun 2017 17:11

İsveçrənin Ali Təhsil Məktəbinin (Swiss School of Higher Education-SSHE) prezidenti Mariam Gamurziyeva, professor Nərminə Qarayeva və məktəbin Bakı üzrə koordinatoru Nərgiz Nadirova Bakı Ali Neft Məktəbində rektor Elmar Qasımovla görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətlər və yeni açılmış kampusu haqqında ətraflı məlumat verilib.

Parisdə Vaqif Səmədoğlunun kitabı təqdim olunub

7 İyun 2017 17:10

Fransanın paytaxtı Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şerlər toplusu təqdim olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına rəğmən öz şeiri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın böyük rəğbətini qazandığını deyib. Səfir şairin məşhur “Doğuldum 1939-da, 1937-də tutuldum “ misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını qeyd edib.