Parisdə Vaqif Səmədoğlunun kitabı təqdim olunub
Fransanın paytaxtı Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şerlər toplusu təqdim olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına rəğmən öz şeiri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın böyük rəğbətini qazandığını deyib. Səfir şairin məşhur “Doğuldum 1939-da, 1937-də tutuldum “ misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını qeyd edib.
7 İyun 2017 17:10 SosialFransanın paytaxtı Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şerlər toplusu təqdim olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına rəğmən öz şeiri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın böyük rəğbətini qazandığını deyib. Səfir şairin məşhur "Doğuldum 1939-da, 1937-də tutuldum " misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını qeyd edib.
Paris Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi Mirvari Fətəliyeva isə Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atası, məşhur söz ustası Səməd Vurğunun yaradıcılığından qaynaqlansa da, öz üslubu olduğunu vurğulayıb. Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak edib. Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və Vaqif Səmədoğlunun şerləri haqqında təəssüratlarını tamaşaçılarla bölüşüb. Xatirə gecəsində V.Səmədoğıunun şerlərinə yazılmış mahnılar səsləndirilib, şairə həsr olunmuş film nümayiş etdirilib. Gecə gənc pianoçu Vurğun Vəkilovun ifasında Azərbaycan, həmçinin, Avropa klassik bəstəkarların musiqisindən ibarət konsert proqramı ilə sona çatıb.