İsveçrə Ali Təhsil Məktəbinin prezidenti BANM-də olub

İsveçrənin Ali Təhsil Məktəbinin (Swiss School of Higher Education-SSHE) prezidenti Mariam Gamurziyeva, professor Nərminə Qarayeva və məktəbin Bakı üzrə koordinatoru Nərgiz Nadirova Bakı Ali Neft Məktəbində rektor Elmar Qasımovla görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətlər və yeni açılmış kampusu haqqında ətraflı məlumat verilib.

İsveçrənin Ali Təhsil Məktəbinin (Swiss School of Higher Education-SSHE) prezidenti Mariam Gamurziyeva, professor Nərminə Qarayeva və məktəbin Bakı üzrə koordinatoru Nərgiz Nadirova Bakı Ali Neft Məktəbində rektor Elmar Qasımovla görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətlər və yeni açılmış kampusu haqqında ətraflı məlumat verilib. Rektor E.Qasımov BANM-də ölkənin ən yüksək bal toplayan tələbələrinin təhsil aldığını qeyd edərək, 2017/2018-ci tədris ili üçün keçirilən 1-ci ixtisas qrupları üzrə qəbul imtahanında 700 bal toplayan beş abituriyentin də BANM-ni seçdiyini bildirib. SSHE-nin prezidenti Mariam Gamurziyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsi, məktəbinin menecment, o cümlədən neft-qaz menecmenti üzrə təhsil proqramıları barədə məlumat vermişdir. Görüşdə qarşılıqlı əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31