Təhsil İdarəsi: 6 yaşı tamam olmayan 6 810 uşaq elektron qeydiyyatdan keçib

Bakıda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə 6810 uşağın elektron müraciəti mektebeqebul.edu.az saytında qeydə alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, onlardan 2197 nəfəri müsabiqəyə cəlb olunacaq.

Bakıda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə 6810 uşağın elektron müraciəti mektebeqebul.edu.az saytında qeydə alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, onlardan 2197 nəfəri müsabiqəyə cəlb olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan dövlət məktəbəhazırlıq qrupunda təhsil almayan uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlanıb.

İstedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır. İyunun 7-də başlanmış proses iyunun 20-dək davam edəcək. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə keçiriləcək.

Valideynlər mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməklə, uşaq haqqında məlumatları saytda verilən formada dolduraraq müsabiqəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsabiqəyə dəvət olunduğu tarix və vaxt göstəriləcək.

Dövlət ümumi təhsil məktəblərindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün isə valideynlər mektebeqebul.edu.az saytından müvafiq sertifikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31